N

NewTech

Son tarix: 23 Noyabr 2026

İT Satış Meneceri - NewTech (Bakı, 2026)

Marketinq və SatışBakıTam Ştat23 Oktyabr 2026127

1200 ₼

Vakansiya haqqında

Korporativ İT Satış Meneceri / B2B IT Sales Manager

 

“Yeni Texnologiyalar” MMC komandamıza korporativ İT satışları istiqamətində təcrübəli və nəticəyönümlü İT Satış Meneceri axtarır.

 

 Əməkhaqqı: 1200–1500 AZN + satış nəticələrinə əsasən bonuslar. KPİ nəticələrinə əsasən əməkhaqqı qeyd olunan rəqəmdən tədricən artırılacaq.

CV: [email protected]

WhatsApp: +994 50 408 77 87

Müraciət zamanı mövzu hissəsində “İT Satış Meneceri” qeyd edilməsi mütləqdir.

Tələblər:

  1. B2B və ya korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
  2. İT satışlarında təcrübə ciddi üstünlükdür;
  3. Kompüter, noutbuk, printer, server, şəbəkə avadanlıqları və digər İT məhsulları haqqında ümumi bilik;
  4. İT məhsullarının texniki xüsusiyyətlərini anlamaq və müştəri tələbinə uyğun məhsul seçmək bacarığı;
  5. Kommersiya təklifləri hazırlamaq və qiymətlərlə işləmək bacarığı;
  6. Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
  7. Yeni müştəri cəlb etmək və satış imkanlarını nəticəyə çevirmək bacarığı;
  8. Korporativ yazışma və işgüzar kommunikasiya bacarığı;
  9. MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  10. CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  11. Azərbaycan dili – sərbəst;
  12. Rus dili biliyi arzuolunandır;
  13. İngilis dili – texniki sənədləri anlama səviyyəsində üstünlükdür;
  14. Aktiv, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq.

 

Üstünlük veriləcək namizədlər

  1. İT avadanlıqları sahəsində satış təcrübəsi olan;
  2. Korporativ B2B və dövlət sektorunda müştərilərlə işləyən;
  3. Tender və satınalmada satış prosesləri ilə tanış olan;
  4. Vendor və distribütorlarla işləmək təcrübəsi olan;
  5. Mövcud korporativ müştəri əlaqələrinə malik olan namizədlər.

Vəzifə öhdəlikləri:

  1. Korporativ müştərilərə İT məhsul və həllərinin B2B satışı;
  2. Yeni potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması;
  3. Mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin inkişaf etdirilməsi;
  4. Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun İT həllərinin təklif olunması;
  5. Müştərilərlə görüş və təqdimatların keçirilməsi;
  6. Kommersiya və qiymət təkliflərinin hazırlanması;
  7. Tender, kotirovka və korporativ satınalma sorğularının satış tərəfdən idarə olunması;
  8. İT avadanlıqları üzrə texniki tələblərin ilkin təhlili və uyğun məhsulların seçilməsi;
  9. Distribütor və vendorlarla məhsul, qiymət və mövcudluq üzrə kommunikasiya;
  10. Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə olunması;
  11. Satış planlarının və müəyyən edilmiş KPI-ların yerinə yetirilməsi;
  12. Müştəri bazasının və satış imkanlarının CRM sistemində idarə olunması;
  13. Bazarın, rəqiblərin və yeni İT həllərinin izlənilməsi.

Oxşar vakansiyalar