B
Bestcomp Group
IT Satış Təmsilçisi - Bestcomp Group (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Müştəriləri satış mərkəzində qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və həllər təklif etmək;
- Müştəriləri Şirkətin məhsul və xidmətləri ilə tanış etmək, məhsulların əsas texniki xüsusiyyətləri və istifadə imkanları barədə məlumat vermək;
- İT məhsullarının (kompüterlər, noutbuklar, monitorlar, printerlər, aksesuarlar və digər avadanlıqlar) satışı üzrə müştərilərə məsləhət xidməti göstərmək;
- Müştərilərin büdcə və tələblərinə uyğun məhsulları seçmək, alternativ məhsulları müqayisə etmək və satışın həyata keçirilməsini təmin etmək;
- Satış əməliyyatlarını düzgün və vaxtında rəsmiləşdirmək, müştəri sifarişlərini, hesabları və müvafiq satış sənədlərini hazırlamaq;
- Məhsulların anbardan sifariş edilməsi, mağazaya gətirilməsi və müştəriyə təhvil verilməsi proseslərini həyata keçirmək və izləmək;
- 1C proqramında məhsul qalıqlarına nəzarət etmək, ehtiyatı azalan və ya mövcud olmayan məhsulların vaxtında sifariş edilməsi üçün müvafiq tədbirlər görmək və anbarla koordinasiyanı təmin etmək;
- Satış, sifariş və məhsul qalıqları üzrə məlumatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək;
- Korporativ müştərilərdən daxil olan sorğuların ilkin emalında, məhsul siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;
- Korporativ satış şöbəsinə müştəri sorğuları, məhsulların qiymətləri, mövcudluğu və çatdırılma müddətləri barədə məlumatların təqdim edilməsində dəstək göstərmək;
- Tender və kotirovka sorğuları üzrə tələb olunan məhsulların müəyyənləşdirilməsində və kommersiya təkliflərinin hazırlanması üçün məlumatların toplanmasında iştirak etmək;
- Müştəri xidmətinin keyfiyyət standartlarına və korporativ davranış qaydalarına riayət etmək;
- Şirkəti yüksək səviyyədə təmsil etmək, onun imicini və işgüzar nüfuzunu qorumaq;
- Müəyyən edilmiş satış planlarının və fəaliyyət göstəricilərinin yerinə yetirilməsini təmin etmək;
- İşçilər üçün təşkil olunan təlimlərdə iştirak etmək, məhsullar və satış prosesləri üzrə biliklərini mütəmadi artırmaq;
- İş yerinin səliqəsini və şəxsi görünüşünə dair korporativ tələblərə riayət etmək.
Davranış bacarıqları
- Vaxtın idarə edilməsi;
- Komandada işləmək bacarığı;
- Ünsiyyətcillik və çeviklik;
- Müştəriyönümlülük və müsbət münasibət;
- Güclü iş etikası və məsuliyyətlilik;
- Danışıqlar aparmaq bacarığı;
- Münaqişələrin həlli və çətin müştərilərlə işləmək bacarığı;
- Diqqətlilik və məlumatlarla düzgün işləmək bacarığı.
Xüsusi tələblər
Təhsil:
- Biznes, iqtisadiyyat, marketinq, menecment və ya İT sahələri üzrə ali təhsil arzuolunandır;
- Orta ixtisas təhsili olan namizədlər də nəzərdən keçirilə bilər.
Təcrübə:
- İT məhsullarının satışı sahəsində minimum 2 il iş təcrübəsi;
- Korporativ müştərilərlə iş və B2B satışları üzrə təcrübə üstünlükdür;
Kompüter bacarıqları:
- MS Excel, Word və Outlook proqramlarından istifadə bacarığı;
- 1C proqramında işləmək bacarığı; 1C üzrə iş təcrübəsi üstünlükdür;
Texniki biliklər:
- Kompüterlər, noutbuklar, monitorlar, printerlər və digər İT məhsulları haqqında baza bilikləri;
- Məhsulların əsas texniki xüsusiyyətlərini anlamaq və müqayisə etmək bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə;
- Rus dili – yaxşı səviyyədə;
- İngilis dili – arzuolunandır.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
S
Bugün
Head of Marketing
Seabreeze Marina Yachtclub • Bakı
Tam Ştat
1600 ₼Müraciət et
S
Bugün
Reception
Solarium merkezi • Bakı
Tam Ştat
500 ₼Müraciət et
L
Bugün
Satıcı
Lame butik • Bakı
Tam Ştat
450 ₼Müraciət et
A
Bugün
Satıcı - Quba və Xaçmaz
Azza Gastronom • Quba
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
Satış məsləhətçisi
Aral Group Baku • Bakı
Tam Ştat
800 ₼Müraciət et
F
Bugün
Satış Meneceri
Fantom Presents • Bakı
Yarım Ştat
500 ₼Müraciət et