H

HMC Company

Son tarix: 12 Sentyabr 2026

İT sorğular üzrə koordinator -Təcrübə

İnzibati İşlərBakıTəcrübə12 Avqust 202662

400

Vakansiya haqqında

İş qrafiki 5 iş günü 09:00-dan -18:00-dək 6-cı günlər 10:00-dan - 14:00-dək.

 

Qeyd: İş təcrübəsi və peşəkar bacarıqları yüksək səviyyədə olan namizədlər üçün təcrübə proqramı mərhələsi tətbiq edilmədən birbaşa işə qəbul imkanı mövcuddur.

 

Maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. WhatsApp vasitəsilə və ya telefon zəngi ilə edilən müraciətlər nəzərə alınmayacaq və həmin namizədlər seçim prosesindən kənarlaşdırılacaqlar.

Tələblər:

Yalnız xanım namizədlər;

Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

Rus və ingilis dillərini bilməsi arzuolunandır;

İngilis dilində texniki mətnləri oxuyub anlama bacarığı;

İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli ixtisas üzrə ali təhsil;

IT Operator, Helpdesk, Texniki Dəstək və ya Müştəri Xidmətləri sahəsində iş təcrübəsi;

Texniki müraciətlərin idarə edilməsi sistemləri ilə işləmə təcrübəsi;

Kompüter və internet texnologiyaları üzrə ümumi biliklər;

Windows əməliyyat sistemi ilə sərbəst işləmə bacarığı;

Microsoft Office proqramlarından istifadə bacarığı;

Texniki sənədləri və təlimatları oxuma və düzgün tətbiq etmə bacarığı;

Yüksək kommunikasiya və müştəriyönümlülük;

Analitik düşüncə və problemləri düzgün müəyyənləşdirərək aidiyyəti üzrə yönləndirmə bacarığı;

Operativ qərarvermə və vaxtın düzgün idarə olunması;

Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;

Komandada işləmək bacarığı;

Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs.

 

 

Vəzifə öhdəlikləri:

• Müştərilərdən daxil olan texniki sorğuların qəbul edilməsi və sistemdə qeydiyyata alınması;

• Sorğuların məzmununun təhlil edilməsi, prioritet və kateqoriyalarının müəyyənləşdirilməsi;

• Mövcud bilik bazası, təlimatlar və prosedurlardan istifadə etməklə müştərilərə ilkin həll addımlarının təqdim edilməsi;

• Müştərilərlə yazılı və şifahi ünsiyyətin aparılması;

• Həll olunmayan müraciətlərin müvafiq məlumatlarla birlikdə Help Desk komandasına yönləndirilməsi;

• Sorğuların icra vəziyyətinin izlənilməsi və müştərilərə mütəmadi məlumat verilməsi;

• Tez-tez rast gəlinən problemlər üzrə bilik bazasının yenilənməsində iştirak etmək;

• Görülən işlərin və müraciətlərin sənədləşdirilməsi;

• Xidmət keyfiyyəti və müəyyən edilmiş SLA göstəricilərinə uyğun fəaliyyət göstərilməsi.

Oxşar vakansiyalar