A
A+CO ASC
IT texniki dəstək üzrə kiçik mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
“A+CO” ASC “IT texniki dəstək üzrə kiçik mütəxəssis vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
Kompüter və proqram təminatı
- Kompüterlərin proqram təminatının quraşdırılması və sazlanması
- Windows əməliyyat sistemlərinin quraşdırılması və konfiqurasiyası
- Microsoft Office proqramlarının quraşdırılması və sazlanması
- İstifadəçilərin qarşılaşdığı proqram və əməliyyat sistemi problemlərinin aradan qaldırılması
Server və istifadəçi idarəetməsi
- Active Directory-nin idarə olunması
- Microsoft Windows Server-in idarə olunması və sazlanması
- RDP / Terminal Server-in idarə olunması
- Microsoft Exchange mail serverinin idarə olunması
- İstifadəçi hesablarının, giriş icazələrinin və digər əlaqəli xidmətlərin idarə olunması
Şəbəkə və rabitə
- Lokal şəbəkənin qurulması və sazlanması
- Şəbəkə avadanlıqlarının qoşulması və ilkin konfiqurasiyası
- Switch-lərin qoşulması, sazlanması və aktivləşdirilməsi
- UniFi Controller-in idarə olunması
- RJ45 konnektorlarının düzgün sıxılması və kabel xətlərinin hazırlanması
- Analog telefonların quraşdırılması və sazlanması
Printer və ofis avadanlıqları
- Printerlərin quraşdırılması və sazlanması
- Printerlərin şəbəkəyə qoşulması
- Çap və skan funksiyalarının sazlanması
- İstifadəçilərə çap və skan prosesləri ilə bağlı dəstəyin göstərilməsi
Kamera və təhlükəsizlik sistemləri
- IP kamera sistemlərinin quraşdırılması və sazlanması
- IP kameraların şəbəkəyə qoşulması və konfiqurasiyası
- NVR cihazlarının quraşdırılması, sazlanması və idarə olunması
- Kamera sistemlərində yaranan texniki problemlərin aşkarlanması və aradan qaldırılması
- Üz tanıma sistemlərinin idarə olunması və sazlanması
İnventar və texniki nəzarət
- IT avadanlıqlarının inventarının düzgün aparılması və idarə olunması
- Kompüter, printer, şəbəkə və digər IT avadanlıqlarının texniki vəziyyətinə nəzarət
- İstifadəçilərə gündəlik texniki dəstəyin göstərilməsi
Tələblər:
- Müvafiq sahə üzrə 1 ilədək iş stajı;
- Bakalavr təhsilini tamamlamış (İT sahəsi üzrə arzuolunandır);
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Windows əməliyyat sistemləri haqqında ümumi anlayış;
- CCTV və IP kameraların qoşulması və qurulması üzrə bilik və bacarıqlar;
- Kabel çəkilməsi, Wİ-Fİ nöqtələrinin qoşulması üzrə nəzəri biliklər;
- İT texniki dəstək sahəsində təcrübə üstünlükdür.
- Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 5/7 iş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək;
- Nahar və servis şirkət tərəfindən təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “IT texniki dəstək üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiyalar
P
22 Avqust 2026
Backend üzrə Baş Proqramçı (.Net)
PASHA Insurance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
L
21 Avqust 2026
Kiçik İT Mütəxəssis
LOGİGROUP • Bakı
Təcrübə
500 ₼Müraciət et
M
21 Avqust 2026
Baş backend developer
Mpay MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
21 Avqust 2026
Senior React/Next.js Developer
Clopos • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
21 Avqust 2026
İT və Kiber Risklərin İdarəedilməsi üzrə Baş mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
21 Avqust 2026
Database Administrator
Mpay MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et