S

Sinteks Group of Companies

Son tarix: 4 Oktyabr 2026

İT üzrə Texnik

İnformasiya TexnologiyalarıBakıTam Ştat4 Sentyabr 202631

Müsahibə əsasında

Vakansiya haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.

Öhdəlikləri:

Texniki dəstək və preventiv xidmət

  • Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.
  • Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.

Kabel və infrastruktur işləri

  • Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.
  • Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.

Layihələndirmə və keyfiyyətə nəzarət

  • Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.
  • Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.
  • Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.

İcra, qeydiyyat və hesabatlıq

  • Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.
  • Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
  • Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək

Məsuliyyət sahəsi:

  • Video-audio avadanlıqları
  • Təhlükəsizlik sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)

Tələblər

Professional biliklər:

  • CCTV, IP və analoq kamera, DVR/NVR və video-müşahidə sistemləri üzrə praktiki biliklər. (Bu tələb CV-də CCTV sistemləri, IP/analog kameralar, DVR/NVR avadanlıqları, video-müşahidə sistemlərinin quraşdırılması, sazlanması və/və ya texniki dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
  • Zəif axın, şəbəkə və kabel infrastrukturu üzrə baza bilik və praktiki bacarıqlar. (Bu tələb CV-də LAN/WLAN, IP şəbəkələr, router/access point, patch panel/rack, kabel çəkilişi və/və ya kommunikasiya avadanlıqlarının quraşdırılması/sazlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
  • Audio və/və ya AV avadanlıqlarının quraşdırılması və sazlanması üzrə praktiki bilik və ya iş təcrübəsi (üstünlükdür).
  • CompTIA A+, CCNA və ya oxşar IT/şəbəkə üzrə müvafiq sertifikatlar arzuolunandır.
  • Rus dili biliyi: A2 və ya daha yüksək səviyyələr (üstünlükdür);

Təhsil:

  • Ali və ya orta-ixtisas təhsili (İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya müvafiq texniki sahə üzrə üstünlükdür)
  • Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır (Ali və orta-ixtisas təhsili olmasa)

İş təcrübəsi:

  • CCTV/video-audio, təhlükəsizlik sistemləri, giriş-çıxışa nəzarət, zəif axın və ya şəbəkə infrastrukturu üzrə ən azı 1 il iş təcrübəsi.

Professional bacarıq və kompetensiyalar:

  • Problem həlletmə
  • Zamanın idarəolunması
  • Çeviklik

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar