
Global Media Group
Kargüzarlıq üzrə təcrübə proqramı
Müsahibə əsasında
Vakansiya haqqında
İş barədə məlumat:
“Global Media Group” MMC-nin tərkibində fəaliyyət göstərən “Global Management” MMC 2020-ci ildən beynəlxalq idarəetmə sistemləri əsasında fəaliyyət göstərən autsorsinq şirkətidir.
Şirkətimizin Protokol və əməyin mühafizəsi departamentinin Kargüzarlıq şöbəsində təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən gəncləri ödənişli təcrübə proqramına dəvət edirik.
Proqram haqqında
- Müddət: 3–6 ay (tam iş günü)
- İş qrafiki: 5 günlük, 09:00–18:00
Təcrübə proqramının əsas istiqamətləri
- Kargüzarlıq üzrə normativ-hüquqi aktların öyrənilməsi;
- ERP sistemində sənədlərin qeydiyyatı, yönləndirilməsi və icrasına nəzarət;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatı və dövriyyəsinin təşkili;
- Sənədlərin qovluqlaşdırılması və arxivləşdirilməsi;
- Rəsmi məktubların, arayışların və digər sənədlərin hazırlanması;
- Sənədlərin icra müddətlərinə nəzarət;
- İclas və görüşlərin protokollaşdırılması.
Proqramın üstünlükləri
- Ödənişli təcrübə imkanı;
- Peşəkar təlim və mentor dəstəyi;
- Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün işlə təmin olunma perspektivi;
- Proqramın sonunda sertifikat;
- Şirkətdaxili peşəkar əlaqələrin qurulması imkanı
Namizədə tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramları üzrə biliklər;
- ERP sistemləri üzrə bilik və ya öyrənməyə həvəs;
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlükdür);
- Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, çeviklik və öyrənməyə həvəs.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Təmizlik meneceri (Cleaning Manager)
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Hüquqi Məsələlər departamentinin Korporativ İdarəetmə və Hesabatlılıq şöbəsinin Kargüzarlıq, Arxiv və Asistentlər qrupunun Kiçik mütəxəssisi
PASHA Bank
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Manager Assistant / Office Manager
Celt Colleges
BakıYarım Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Daxili təmir-tamamlama işləri üzrə layihə meneceri
Demiragac Engineering
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Təmizlik işçisi
Ganjali Plaza Hotel
BakıTam Ştat
650 ₼26 Noyabr 2026

İdarə Heyəti üzvünün köməkçisi
PASHA Life
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026
