B

Blue Planet Distribution

Son tarix: 22 Oktyabr 2026

Kassir/Satıcı (Rus dilli)

Marketinq və SatışBakıTam Ştat10 Avqust 20261113

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Nike – Dəniz Mall

Əsas öhdəliklər

  • Müştəriləri nəzakətli və peşəkar şəkildə qarşılamaq, məhsul və ölçü seçimində məsləhət vermək;
  • Məhsullar, yeniliklər, gift card və loyallıq proqramları haqqında məlumat təqdim etmək;
  • Yüksək xidmət standartlarını qorumaq, müştəri məmnuniyyətini və loyallığını artırmaq;
  • Aylıq fərdi satış hədəflərinə nail olmaq;
  • Satış, qaytarma və kassa əməliyyatlarını qaydalara uyğun həyata keçirmək;
  • Məhsulların düzgün yerləşdirilməsini, qiymətləndirilməsini və satışa hazır olmasını təmin etmək;
  • Stok, çatdırılma, inventar və məhsul köçürmələrində iştirak etmək, uyğunsuzluqları rəhbərliyə bildirmək;
  • Müştəri və satış məlumatlarını sistemə düzgün daxil etmək, tələb olunan hesabatları təqdim etmək;
  • Mağazanın təmizliyinə və vizual standartlarına dəstək göstərmək;
  • Şirkətin daxili qaydalarına, maliyyə təhlükəsizliyi və məxfilik tələblərinə riayət etmək, komanda ilə əməkdaşlıq etmək.

Tələblər və bacarıqlar

  • Kassir və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır).
  • Rus dili biliyi.
  • Nağd pul və POS terminalı ilə işləmək bacarığı.
  • Güclü ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma.
  • Məsuliyyətlilik, diqqətlilik və dürüstlük.
  • Komandada işləmək bacarığı.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Yalnız vəzifə tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar