S
Superfon
Kateqoriya menecerinin köməkçisi
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifənin məqsədi:
- Home & Decor kateqoriyası üzrə məhsulların idarə olunması prosesində Kateqoriya Menecerinə dəstək vermək, məhsul məlumatlarının, sifarişlərin, qiymətlərin və hesabatların düzgün idarə edilməsini təmin etmək, kateqoriyanın satış və əməliyyat göstəricilərinin inkişafına töhfə vermək.
Vəzifə öhdəlikləri:
- Home & Decor kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılmasında iştirak etmək, yeni məhsulların seçilməsi üçün ilkin araşdırmalar aparmaq;
- Bazarın alt-seqmentləri üzrə trend, rəqabət və qiymət analizləri hazırlamaq;
- Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üzrə planlama, proqnoz və təkliflərin hazırlanmasında iştirak etmək;
- Təchizatçılar üzrə ilkin məlumatları toplamaq, qiymət və şərtlərin müqayisəli təhlilini aparmaq;
- Qiymət siyasətinin formalaşdırılmasına dəstək vermək, rəqib qiymətlərini monitorinq etmək və qiymət yenilənməsi üzrə təkliflər hazırlamaq;
- Stok səviyyələrini təhlil etmək, artıq stok (overstock) və stok çatışmazlığı (stockout) risklərini müəyyənləşdirmək və sifariş planlaması üçün məlumatlar hazırlamaq;
- Məhsul çeşidi, satış dinamikası və kateqoriya performansı üzrə həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq;
- Qablaşdırma, MOQ, spesifikasiya, nümunə təsdiqləri və təchizatçılarla kommunikasiya prosesinə dəstək vermək;
- ERP sistemində məhsul kartlarının yaradılması və məhsul məlumatlarının düzgün daxil edilməsinə nəzarət etmək;
- Kateqoriya Meneceri tərəfindən verilən gündəlik əməliyyat tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Home & Decor sahəsində satış, satınalma, kateqoriya idarəetməsi və ya əlaqəli sahədə minimum 1-2 il iş təcrübəsi;
- MS Office proqramları üzrə yaxşı biliklər, Excel və ya Google Sheets proqramlarında hesabat hazırlama və məlumatların təhlili bacarığı;
- Analitik düşüncə və bazar dəyişikliklərini təhlil etmə bacarığı;
- Komanda ilə effektiv işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı;
- Yüksək ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, nəticəyönümlü və detallara diqqətli olmaq;
- Azərbaycan dili üzrə səlis bilik, rus dili bilikləri üstünlükdür;
- İngilis dili biliyi mütləqdir (yazılı və şifahi – təchizatçılarla ünsiyyət və məhsul araşdırmaları üçün).
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya menecerinin köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
İcraçı Direktor
AF Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Ofis meneceri- kassir
Ideal Supply MMC • Şəki
Tam Ştat
600 ₼Müraciət et
O
Bugün
Xadimə
Organic meat llc • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
Dünən
Kamera nəzarətçisi
Saat Store • Bakı
Tam Ştat
500 ₼Müraciət et
G
Dünən
Mühafizəçi
Gemza Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Dünən
Yanğından mühafizə sistemləri üzrə layihəçi mühəndis
Fire Safety Caspian Azerbaijan • Bakı
Tam Ştat
2500 ₼Müraciət et