S

Superfon

Son tarix: 12 İyul 2026

Kateqoriya üzrə kiçik mütəxəssis

Marketinq və SatışBakıTam Ştat13 İyun 202629

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifənin məqsədi: 

  • Mətbəx alətləri, təmizlik məhsulları, hamam aksesuarları və saxlama qabları kateqoriyaları üzrə məhsul məlumatlarının idarə olunmasına, satış və stok göstəricilərinin təhlilinə, sifariş planlamasına və kateqoriya menecerinin gündəlik fəaliyyətinə dəstək vermək.

Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş kateqoriyalar üzrə məhsul bazasının idarə olunmasında iştirak etmək;
  • Yeni məhsulların sistemə daxil edilməsini, məhsul məlumatlarının, barkodların, qiymətlərin və texniki göstəricilərin düzgünlüyünü təmin etmək;
  • Kateqoriya menecerinə gündəlik əməliyyat və inzibati fəaliyyətlərdə dəstək vermək;
  • Satış, stok və məhsul performansı göstəricilərini gündəlik və həftəlik əsasda izləmək və təhlil etmək;
  • Stok səviyyələrinə nəzarət etmək, çatışmazlıq və artıq stok risklərini müəyyənləşdirmək;
  • Satışı zəif olan məhsullar üzrə təhlillər hazırlamaq və təkliflər vermək;
  • Sifariş planlaması üçün məlumatları toplamaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Təchizatçılarla gündəlik yazışmaları, məlumat mübadiləsini və sənəd dövriyyəsini koordinasiya etmək;
  • Qiymət siyahılarının, məhsul məlumatlarının və digər kommersiya məlumatlarının vaxtında yenilənməsini təmin etmək;
  • Təchizatçılardan tələb olunan məlumatları toplamaq və aidiyyəti struktur bölmələrinə təqdim etmək;
  • Bazar araşdırmalarında iştirak etmək, rəqib məhsullar və qiymətlər üzrə məlumatlar toplamaq;
  • Kampaniya və aksiyaların nəticələrinin təhlilinə dəstək vermək.

Tələblər:

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə üstünlükdür);
  • Mətbəx alətləri, təmizlik məhsulları, hamam aksesuarları və saxlama qabları kateqoriyaları üzrə minimum 1 il iş təcrübəsi;
  • Satış, stok idarəetməsi və məhsul hərəkətinin əsas prinsipləri üzrə biliklər;
  • Məhsul və kateqoriya idarəçiliyi üzrə ilkin biliklər;
  • Hesabatların hazırlanması və məlumatların təhlili bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis dili biliyi – minimum B1 səviyyəsi;
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyətlilik;
  • Ölkədaxili və xarici ezamiyyətlərdə iştirak etmək imkanı.

Təminatlar:

 

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.

Oxşar vakansiyalar