A

ABV

Son tarix: 24 İyul 2026

Kateqoriya üzrə kiçik mütəxəssis

Marketinq və SatışBakıTam Ştat24 İyun 202655

Müsahibə əsasında

Vakansiya haqqında

Kateqoriya: CCTV (Mobil və stasionar videomüşahidə həlləri)

Vəzifə haqqında:

  • Şirkətimiz CCTV istiqamətində (Mobil və stasionar videomüşahidə həlləri) komandasını gücləndirmək üçün Kateqoriya üzrə kiçik mütəxəssis axtarışındadır. Bu vəzifə Kateqoriya Meneceri ilə sıx əməkdaşlıqda işləyəcək və kateqoriyanın gündəlik kommersiya əməliyyatlarının operativ idarə olunmasına cavabdeh olacaq.

Əsas vəzifə öhdəlikləri:

  • Anbar ehtiyatlarının monitorinqi: Stok səviyyələrinin müntəzəm təhlili, defisit riski olan mövqelərin əvvəlcədən müəyyən edilməsi və Kateqoriya Menecerinə hesabat təqdim edilməsi
  • Rəqiblərin fəaliyyətinin izlənməsi, qiymət və stok vəziyyətlərinin təhlil edilməsi, nəticələr üzrə kateqoriya menecerinə müvafiq hesabatların təqdim olunması
  • Vendorlarla mütəmadi işin aparılması, stok vəziyyəti, sifariş statusları və məhsul mövcudluğu barədə məlumatların sorğulanması və aidiyyəti üzrə kateqoriya menecerinə təqdim edilməsi.
  • Layihələr üzrə qiymət təklifləri: Daxil olan layihə sorğularına operativ cavab vermək — təchizatçılarla qiymət razılaşdırılması, rəqabətli kommersiya təkliflərinin hazırlanması və satış komandasına vaxtında təqdim edilməsi
  • Satış və layihə komandaları ilə koordinasiya, sürətli və dəqiq məlumat axınının təmin edilməsi
  • Promo materiallarının hazırlanması üçün marketinq şöbəsini məhsul məlumatları ilə vaxtında təmin edilməsi

Tələblər:

  • Müvafiq sahədə (satış, satınalma, kateqoriya idarəetməsi və ya logistika) minimum 1 il iş təcrübəsi (üstünlük: təhlükəsizlik sistemləri, elektronika və ya texniki məhsullar sahəsində)
  • MS Excel/Google Sheets üzrə işləmə bacarığı (SUMIF, COUNTIF, VLOOKUP/XLOOKUP, Pivot Table, müqayisəli analiz)
  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət; ingilis dili biliyi üstünlükdür
  • ERP və CRM sistemləri ilə işləmə təcrübəsi (“1C ERP” biliyi üstünlükdür)
  • CCTV məhsul kateqoriyaları (Mobil, stasionar və termal videomüşahidə həlləri) üzrə fundamental biliklərin mövcudluğu (Hikvision məhsulları üzrə biliklər üstünlük təşkil edir)
  • Yüksək kommunikasiya bacarıqları. Mütəmadi olaraq dilerlər və inteqratorlarla birbaşa əlaqə
  • Korporativ etikaya uyğun davranış – həm şifahi, həm də yazılı ünsiyyət bacarığı
  • Mobil və aktiv iş rejimi (tərəfdaşlarla ofisdən kənar işgüzar görüşlər)

Təklif etdiyimiz imkanlar:

  • Rəsmi işə qəbul
  • 5 günlük iş rejimi: 09:00–18:00
  • Böyük texnologiya brendləri ilə işləmək imkanı
  • Peşəkar və inkişaf yönümlü komanda mühiti

CV-nizi mövzu hissəsində "Kateqoriya üzrə  kiçik mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar