A

Avromed Company MMC

Son tarix: 13 Sentyabr 2026

Kateqoriyaların idarə edilməsi üzrə mütəxəssis

Marketinq və SatışBakıTam Ştat13 Avqust 202675

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Tədarük planlamasında və məhsul portfelinin formalaşdırılmasında iştirak etmək, məhsulların anbarda və apteklərdə mövcudluğunu nəzarətdə saxlamaq;
  • Yeni brendlərin və məhsulların lansmanı üzrə təkliflər hazırlamaq, təchizatçılar və tərəfdaşlarla danışıqlarda iştirak etmək;
  • Aptek və distribütor portfeli üçün assortiment matrislərini hazırlamaq, dövriyyəni nəzarətdə saxlamaq və out-of-stock halları minimuma endirmək;
  • Kateqoriya üzrə qiymət siyasətini – həm tədarük, həm pərakəndə səviyyədə – formalaşdırmaq, rəqabət mühiti, hədəf marja və brendin mövqeyini nəzərə almaq;
  • Təchizatçılar və daxili marketinq departamenti ilə birlikdə marketinq fəaliyyətlərini hazırlamaq, promo-təqvimi tərtib etməkdə iştirak etmək;
  • Aptek şəbəkəsində kampaniyaların həyata keçirilməsini təşkil etmək və nəzarət etmək, onların effektivliyini və satışlar ilə kateqoriyanın payına təsirini qiymətləndirmək;
  • Ticarət nöqtələrində brendlərin düzgün təqdimatını, vizual görünüşünü və tanınmasını təmin etmək:
  • Kateqoriyanın sinxron idarə olunması üçün tədarük, marketinq, logistika, əməliyyat idarəetməsi və sahə komandaları ilə əməkdaşlıq etmək;
  • Satışlar, marja, dövriyyə, promo-effektivliyi və distribütor tədarük dinamikası üzrə analitik hesabatlar hazırlamaq;
  • Apteklərdə çalışan əczaçılar və beauty-məsləhətçilərin kateqoriya məhsulları və əsas brendlər üzrə təlimində iştirak etmək.

Tələblər

  • Ali təhsil (marketinq, iqtisadiyyat, menecment, əczaçılıq və ya əlaqəli sahələr üzrə);
  • Beauty kateqoriyasında, FMCG və ya aptek pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Kateqoriyaların idarə olunması prinsipləri və məhsul həyat dövrü haqqında biliklər;
  • Assortimentin idarə olunması və tədarük planlamasında təcrübə;
  • Satış və bazar analizi aparmaq bacarığı, əsas göstəriciləri izləmək və hesabatlar hazırlamaq;
  • Promosiya və marketinq aksiyalarında iştirak təcrübəsi;
  • Komanda daxilində əməkdaşlıq və daxili proseslərdə koordinasiya bacarığı;
  • Analitik düşüncə, Excel və digər hesabat alətləri (poweBi,1c) üzrə bacarıq;
  • Proaktivlik, məsuliyyət, nəticəyə yönəlik iş prinsipi;
  • Rus və İngilis dillərində sərbəst danışıq/yazma bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar