D

Digital Classifieds

Son tarix: 24 İyun 2026

Keyfiyyət Nəzarəti üzrə Mütəxəssis

İstehsalatBakıTam Ştat10 May 20262

Müsahibə əsasında

Vakansiya haqqında

Digital Classifieds MMC şirkətinin Azərbaycan filialı Bakıda işləmək üçün Keyfiyyət Nəzarəti üzrə Mütəxəssis vakansiyasını elan edir.

Vəzifələr:
● Aktiv elanların bütün parametrlərinin (təsvir, əməkhaqqı, şəkillər və s.) yoxlanılması, vakansiyaya/rezümeyə uyğunluğunun təmin edilməsi və ehtiyac olduqda düzəlişlərin edilməsi.
● Müştərilərlə e-poçt və telefon vasitəsilə əlaqənin qurulması.
● Müştərilərin sorğularını şirkətin qayda və prosedurlarına uyğun olaraq vaxtında
cavablandırılması.
● Məhsul haqqında biliklərin davamlı olaraq təkmilləşdirilməsi.
● Məhsulun inkişafı ilə bağlı təkliflərin verilməsi.
● Layihə çərçivəsində əməliyyat şöbəsinə dəstəyin göstərilməsi.


Tələblər:
● Azərbaycan və rus dilləri biliyi (şifahi və yazılı);
● Yaxşı kompyuter bacarığı;
● Ünsiyyətcillik və komandada işləmək bacarığı.


Şərtlər:
● Bakının mərkəzində ofis;
● Təlimlər.


Namizədlərdən öz rezümelərini 28 may 2026-ci il tarixindən gec olmamaq və "Keyfiyyət Nəzarəti üzrə Mütəxəssis" vakansiyasının adını göstərmələri şərtilə, [email protected] e-mail ünvanına yollamaları xahiş olunur. Müsahibəyə yalnız yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlər dəvət ediləcək.

Oxşar vakansiyalar