A
Avromed Company MMC
Keyfiyyət üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- keyfiyyət məsələləri ilə bağlı təchizatçılarla yazışmaların aparılması və xarici auditlərin müşayiət olunması;
- metrologiya təminatının həyata keçirilməsi (avadanlıqların illik kalibrlənmə planına uyğun olaraq);
- məhsulların geri çağırılması / dövriyyəsinin dayandırılması ilə bağlı işlərin aparılması;
- məhsulların geri qaytarılması üzrə sənədlərin hazırlanması, məhsulun dövriyyəyə buraxılması və ya yararsız hesab edilərək çıxdaş edilməsi barədə qərarın qəbul edilməsi üçün təqdim olunması, həmçinin geri qaytarılan məhsullarla bağlı məsul şəxslər tərəfindən qərarların qəbul edilməsinə nəzarət;
- kənarlaşmaların uçotu və araşdırılması;
- təlimlərin keçirilməsi;
- anbar üzrə özünüyoxlamaların hazırlanması və keçirilməsi, hesabatların hazırlanması, CAPA planlarının tərtib edilməsi və onların icrasına nəzarət;
- Etibarlı Distribusiya Təcrübəsi (GDP) üzrə məcburi sənədlərin (proqramlar, əmrlər, planlar, hesabatlar və s.) hazırlanması;
- məsuliyyət sahəsi çərçivəsində GDP üzrə SƏP-lərın (SOP) hazırlanmasında iştirak və/və ya onların müstəqil şəkildə hazırlanması.
Tələblər:
- ali peşə təhsili (ideal olaraq – əczaçılıq, biologiya və ya kimya) və keyfiyyətin idarə edilməsi sahəsində müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi / İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında “Sənaye əczaçılığı” ixtisası üzrə magistr təhsili (ixtisaslaşma: Dərman vasitələrinin keyfiyyətinin təmin edilməsi);
- Etibarlı Distribusiya Təcrübəsi (GDP), ISO 9000 seriyalı standartlar, habelə keyfiyyətin idarəetmə sistemi ilə bağlı digər rəhbər, metodiki və normativ sənədlər haqqında bilik;
- Azərbaycan Respublikasının əczaçılıq fəaliyyəti sahəsində qanunvericiliyini, dərman vasitələrinin, sərfiyyat materiallarının və tibbi təyinatlı məmulatların distribusiyası, saxlanması və daşınmasına dair tələbləri bilməsi;
- 1C informasiya sistemləri üzrə bilik;
- Microsoft Office tətbiq proqramlarını (Word, Excel, PowerPoint) bilmək;
- rus və Azərbaycan dillərini mükəmməl bilmək;
- ingilis dili biliyi Pre-Intermediate səviyyəsindən aşağı olmamalıdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
E
Bugün
Usta köməkçisi
Ecolaundry • Bakı
Tam Ştat
500 ₼Müraciət et
C
Bugün
Dəzgah operatoru — kabel zavodu
Cable Company • Sumqayıt
Tam Ştat
650 ₼Müraciət et
T
Dünən
Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)
Tam Store • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
"
24 Avqust 2026
Sublimasiya və çap avadanlıqları üzrə operator
"Promoline Advertising" MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
U
24 Avqust 2026
Usta köməkçisi
Umudtech mmc • Bakı
Tam Ştat
500 ₼Müraciət et
F
21 Avqust 2026
İstehsalat Operatoru
Financial Chain Corporation • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et