A

Aqroman

Son tarix: 20 Sentyabr 2026

Keyfiyyətə nəzarət mühəndisi

İstehsalatBakıTam Ştat21 Avqust 2026169

Müsahibə əsasında

Vakansiya haqqında

Şirkətimizə tikinti sahəsində çalışmaq üçün Keyfiyyətə nəzarət mühəndisi axtarılır.

Vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
  • Görülən işlərin keyfiyyətini yoxlamaq və qəbul prosesində iştirak etmək;
  • İstifadə olunan materialların texniki şərtlərə və standartlara uyğunluğunu yoxlamaq;
  • Layihə, çertyoj və texniki sənədləri nəzərdən keçirmək;
  • Sahədə aşkar olunan keyfiyyət uyğunsuzluqlarını müəyyən etmək və aradan qaldırılmasına nəzarət etmək;
  • Görülən işlər üzrə akt, protokol və digər keyfiyyət sənədlərini hazırlamaq;
  • Laboratoriya sınaqları və material yoxlamalarının nəticələrinə nəzarət etmək;
  • Podratçı və subpodratçıların işlərinin keyfiyyət standartlarına uyğun aparılmasını təmin etmək;
  • İşlərin qəbulunda texniki nəzarət və digər aidiyyəti şəxslərlə koordinasiyalı işləmək;
  • Keyfiyyət üzrə hesabatların hazırlanmasını təmin etmək.

Tələblər:

  • Ali texniki təhsil;
  • Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə iş təcrübəsi;
  • Tikinti norma və standartları haqqında bilik;
  • Layihə və texniki çertyojları oxuma bacarığı;
  • Texniki sənədləşmə aparmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan olmaq;
  • Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar