A

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Son tarix: 16 İyul 2026

Keyfiyyətə Nəzarət şöbəsinin rəisi

İnzibati İşlərBakıTam Ştat16 İyun 202655

Müsahibə əsasında

Vakansiya haqqında

İşin təsviri və öhdəliklər:

  • Şirkət tərəfindən icra olunan bütün irihəcmli və strateji layihələrdə (svay bünövrələrin tikintisi, metro stansiyaları və xətləri, yeraltı tunellər, avtomobil yolları, körpülər, su kanalları, liman qurğuları və kompleks su-kanalizasiya sistemləri) keyfiyyət planının (QA/QC Plan) hazırlanması, tətbiqi və gedişatına tam nəzarət edilməsi;
  • Əsas keyfiyyət sənədlərinin idarə edilməsi: Layihələr üzrə aşağıdakı əsas sənədlərin işlənməsi, arxivlənməsi və Sifarişçiyə təsdiqlədilməsi prosesinə rəhbərlik etmək:
  • PQP (Project quality plan): Layihənin Keyfiyyət Planı;
  • ITP (Inspection and test plan): Təftiş və Sınaq Planlarının hər bir iş növü (torpaq, beton,asfalt,tunel, svay və s.) üçün ayrıca hazırlanması;
  • MS (Method Statement): İşlərin İcra Metodologiyası sənədlərinin keyfiyyət meyarlarına uyğunluğunun yoxlanılması;
  • NCR (Non-Conformance Report): Uyğunsuzluq Hesabatlarının açılması, izlənilməsi və bağlanması;
  • RFI (Request for Inspection): Sahə təftiş müraciətlərinin və qəbul aktlarının koordinasiyası;
  • MAR (Material Approval Request): Tikintidə istifadə olunacaq bütün materialların texniki göstəricilərinin, sertifikatlarının və laboratoriya sınaq nəticələrinin toplanaraq rəsmi təsdiq müraciətlərinin hazırlanması;
  • Laboratoriyanın idarə edilməsi: Şirkətin akkreditasiya olunmuş Sınaq Laboratoriyasının fəaliyyətini tam nəzarətdə saxlamaq; Asfalt-beton, sement, tikinti qatışıqları, qrunt və digər materialların sınaq proseslərinin düzgünlüyünü, metodologiyasını və şəffaflığını təmin etmək;
  • Sahə və icraat nəzarəti: Tikinti meydançalarında icraatın mühəndis-texniki və vizual baxışını keçirmək; Elementar inşaat qaydalarının pozulması hallarını dərhal aşkarlamaq, "Səhv İş = Səhv Nəticə" prinsipinin qarşısını almaq üçün fəaliyyəti dayandırmaq və düzəlişlər tələb etmək;
  • Laboratoriya və tikinti sahəsindəki bütün sınaqların və işlərin yerli daxili normativlərə və beynəlxalq standartların (ISO/IEC 17025, ASTM, AASHTO, QOST, EN) ən son tələblərinə tam uyğun olaraq icra edilməsini təmin etmək;
  • Sənədləşmə və texniki rəylər: Laboratoriya hesabatlarını, sınaq protokollarını, aktları və material uyğunluq sertifikatlarını yoxlayaraq təsdiqləmək; Aşkar olunmuş qüsurlarla bağlı əsaslandırılmış rəsmi mühəndis-texniki rəylər və rəsmi rəylər hazırlamaq;
  • Kommunikasiya və yazışmalar: Sifarişçi (Dövlət qurumları və ya özəl tərəfdaşlar), baş podratçı, layihə rəhbərliyi və subpodratçılarla keyfiyyət məsələlərinə dair bütün rəsmi texniki yazışmaları idarə etmək, mübahisəli məsələlərdə şirkətin maraqlarını və keyfiyyət standartlarını müdafiə etmək;
  •  Laboratoriyanın ISO/IEC 17025 akkreditasiya statusunun qorunub saxlanılması üçün dövri daxili auditləri təşkil etmək, kalibrləmə və verifikasiya proseslərinə, həmçinin daxili keyfiyyət idarəetmə sistemlərinə (ISO 9001, ISO 14001, ISO 45001) sahədə tam riayət olunmasına nəzarət etmək.

Namizədə dair tələblər:

  • Material mühəndisi, İnşaat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi, Hidrotexniki qurğular tikintisi mühəndisliyi və ya müvafiq sahə üzrə Ali mühəndislik təhsili (Bakalavr və ya Magistr);
  • İş təcrübəsi: Yol, körpü, metro, yeraltı tunel və ya liman tikintisi sahəsində keyfiyyətə nəzarət (QA/QC) sisteminin idarə edilməsində, yaxud irihəcmli inşaat sınaq laboratoriyalarında rəhbər və ya baş mütəxəssis vəzifəsində ən azı 5-7 il təsdiqlənmiş iş təcrübəsi;
  • Laboratoriya testləri üzrə praktiki və nəzəri biliklərə sahib olmaq;
  • Normativ sənəd və standart bilikləri: Tikinti materiallarının sınaq metodları üzrə beynəlxalq ASTM, AASHTO, QOST, EN standartlarını mükəmməl bilmək; ISO/IEC 17025 (Laboratoriya akkreditasiyası) standartının idarəetmə və texniki tələbləri, sınaqların qeyri-müəyyənliyinin hesablanması sahəsində təcrübəyə malik olmaq;
  • Ağır mühəndislik layihələrində betonlama və torpaq (qrunt) işləri texnologiyalarını mükəmməl səviyyədə bilmək; Sahədə vizual və instrumental yoxlamalar zamanı icraat xətalarını ilk baxışdan təyin edə biləcək iti mühəndis gözünə sahib olmaq;
  • Sertifikatlar: ISO 9001 və ISO/IEC 17025 standartları üzrə daxili auditor və ya mütəxəssis sertifikatlarının, eləcə də beynəlxalq QA/QC sertifikatlarının olması mütləq üstünlükdür;
  • Kompüter və proqram bilikləri: MS Office (xüsusilə MS Excel proqramında mürəkkəb hesabatlar və formullarla işləmək bacarığı) və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil Bilikləri: Azərbaycan dilində mükəmməl rəsmi və texniki yazı dili (İngilis və ya Rus dili bilikləri arzuolunandır)
  • Liderlik və şəxsi keyfiyyətlər: Təzyiq altında qərar vermə bacarığı, prinsipiallıq (Layihə menecerləri və podratçılar tərəfindən sürət naminə keyfiyyətin güzəştə gedilməsi cəhdlərinə qarşı qətiyyətli duruş nümayiş etdirmək), güclü idarəetmə və komandanı (sahə müfəttişləri və laboratoriya heyətini) istiqamətləndirmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər

Oxşar vakansiyalar