A

Ata Pack MMC

Son tarix: 27 Avqust 2026

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İstehsalatBakıTam Ştat27 İyul 2026126

Müsahibə əsasında

Vakansiya haqqında

“ATA PACK” MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri

  • İstehsaldan çıxan məhsulların keyfiyyətinin yoxlanılması. 
  • Xammalın keyfiyyətinə nəzarət. 
  • Müştəriyə göndərilən məhsulların son yoxlanışının aparılması. 
  • Qüsurlu məhsulların müəyyən edilməsi və çeşidlənməsi. 
  • Keyfiyyət problemlərinin araşdırılması və səbəblərinin təhlili. 
  • Məhsulun ölçü, çəki və digər texniki göstəricilərinin yoxlanılması. 
  • Düzgün qablaşdırma prosesinə nəzarət. 
  • ISO 9001:2015, İSO 9001:22000 standartlarının tələblərinə uyğun işləmək.
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzfəsi üzrə minimum 1 il iş təcrübəsi (mütləqdir);
  • MS Excel və Word proqramlarından istifadə.
  • Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
  • Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
  • Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
  • Növbəli iş rejimində işləyə bilmək.

İş şəraiti:

  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: Növbəli
  • İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və yaxud +994 55 201 26 68 nömrəsinin WhatsApp-na göndərə bilərlər.

Oxşar vakansiyalar