A
Ata Pack MMC
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
“ATA PACK” MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- İstehsaldan çıxan çap məhsullarının rəng uyğunluğunun, çap keyfiyyətinin, mətn və barkodların düzgünlüyünün yoxlanılması.
- Məhsulların müştəri sifarişi və təsdiq edilmiş nümunəyə uyğunluğunun yoxlanılması.
- Xammalın keyfiyyətinə nəzarət.
- Aşkar edilmiş qüsur və uyğunsuzluqların qeydiyyata alınması və aidiyyəti struktur bölmələrə vaxtında məlumat verilməsi.
- Keyfiyyət problemlərinin araşdırılması və səbəblərinin təhlili.
- İstehsal prosesinin müxtəlif mərhələlərində operativ keyfiyyət nəzarətinin həyata keçirilməsi və məhsulun müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi.
- Məhsulun ölçü, çəki və digər texniki göstəricilərinin yoxlanılması.
- ISO 9001:2015, İSO 9001:22000 standartlarının tələblərinə uyğun işləmək.
- Rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi (istehsal və ya çap sahəsi olması mütləqdir);
- MS Excel və Word proqramlarından istifadə.
- Rus dili biliyi B1 səviyyədə ( mükəmməl səviyyədə yazı və oxu bacarıqları)
- Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
- Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
- Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
- Növbəli iş rejimində işləyə bilmək.
İş şəraiti:
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
- Rəsmi əmək müqaviləsi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş qrafiki: Növbəli
- Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
I
Bugün
Telefon ustası
iFix • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
S
Dünən
Tərəzi operatoru
Sahil Transport MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Dünən
Usta köməkçisi
Arsenal Group • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
19 Sentyabr 2026
Əl işləri üzrə mütəxəssis (xanım)
Stamp Companies • Bakı
Tam Ştat
400 ₼Müraciət et
G
19 Sentyabr 2026
Hazır məhsul üzrə keyfiyyətə nəzarət şöbəsinin müdiri
Glassica • Sumqayıt
Tam Ştat
1200 ₼Müraciət et
P
18 Sentyabr 2026
Qablaşdırıcı-paketləyici
Polemak Group MMC • Bakı
Tam Ştat
450 ₼Müraciət et