A

Araz Supermarket

Son tarix: 9 Oktyabr 2026

Kibertəhlükəsizlik inzibatçısı

İnformasiya TexnologiyalarıBakıTam Ştat10 Sentyabr 202676

Müsahibə əsasında

Vakansiya haqqında

Hörmətli bağlantılarım, hazırda Araz Supermarket MMC - də İnformasiya Təhlükəsizliyi departamentinin Kibertəhlükəsizlik Şöbəsində Kibertəhlükəsizlik inzibatçısı Kibertəhlükəsizlikinzibatçısı vakansiyası aktivdir. 

Öhdəliklər

  • Müəyyən edilmiş standartlar, qaydalar və prosedurlar əsasında işlərin planlaşdırılması və icrası;
  • Sistem və şəbəkə təhlükəsizliyi üzrə sazlama işlərinin həyata keçirilməsi;
  • Şirkətin serverlərində İT təhlükəsizliyi inzibatçılığının təmin edilməsi;
  • Firewall avadanlıqlarında giriş icazələrinin tənzimlənməsi və idarə olunması;
  • Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin fasiləsiz işlək vəziyyətdə saxlanılması, loqlama mexanizmlərinin qurulması və optimallaşdırılması;
  • Şirkət layihələrində kibertəhlükəsizlik tələblərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasında iştirak;
  • Təhlükəsizlik testləri nəticəsində aşkarlanan boşluqların aradan qaldırılması;
  • Əməliyyatların dayanıqlığı və fövqəladə hallardan bərpa (DRP) planlaşdırılması, test edilməsi və icrasında iştirak;
  • Kritik informasiya resurslarında edilən dəyişikliklər zamanı müvafiq kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi;
  • Şöbə rəhbərliyi tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil (İT və ya kibertəhlükəsizlik sahəsi üzrə olması arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Firewall (Palo Alto, Fortinet və s.), VPN və IDS/IPS sistemləri ilə praktiki iş təcrübəsi;
  • Şəbəkə, sistem və təhlükəsizlik avadanlıqları, onların əməliyyat sistemləri və beynəlxalq İT standartları üzrə biliklər;
  • NGFW, CCNA, CompTIA Security+ üzrə nəzəri və praktiki biliklər;
  • Analitik düşünmə, problem həll etmə və komandada işləmə bacarığı.
  • Bulud mühitlərində (Azure, AWS və ya GCP) təhlükəsizlik prinsipləri üzrə biliklər üstünlükdür;

İş şəraiti

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər Kibertəhlükəsizlik inzibatçısı adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar