A
AIMC (Azerbaijan International Mining Company)
Kiçik Geotexnik Mühəndisi (Ağdərə)
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Yamacların dayanıqlığını izləmək və potensial geotexniki riskləri müəyyən etmək məqsədilə gündəlik mədən inspeksiyalarını həyata keçirmək;
- Süxurların fiziki-mexaniki xüsusiyyətlərini və yeraltı suların geotexniki parametrlərini qiymətləndirmək;
- Qazma kernlərinin geotexniki və struktur loglaşdırılmasını (logging) aparmaq;
- Laboratoriya və sahə sınaqları üçün süxur nümunələrinin götürülməsində iştirak etmək;
- Geoloji və struktur xüsusiyyətlərin müəyyən edilməsi məqsədilə geotexniki xəritələndirmə işlərini həyata keçirmək;
- Süxurun möhkəmlik parametrlərinin qiymətləndirilməsi üçün tələb olunan sahə və laboratoriya sınaqlarında iştirak etmək;
- Sahə və laboratoriya məlumatları əsasında texniki hesabatların, qrafiklərin və digər geotexniki sənədlərin hazırlanmasına dəstək göstərmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə şirkət prosedurlarına riayət etmək.
Tələblər
- Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili;
- Süxur kütləsinin təsnifatı (Rock Mass Classification) üzrə əsas biliklər;
- Geotexniki prinsiplər və geoloji məlumatların təhlili üzrə baza bilikləri;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komandada işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı;
- Geotexniki, geoloji və ya əlaqəli sahədə iş təcrübəsi arzuolunandır
- İngilis dili biliyi üstünlük hesab olunur.
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir
İş şəraiti və şərtləri
- İş yeri: Ağdərə, Azərbaycan;
- İş qrafiki: Növbəli iş rejimi;
- Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Kiçik Geotexnik Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
I
Bugün
Electrical Engineer
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Elektrik və Alət-Ölçü Mühəndisi (Electrical & Instrumentation Engineer)
Amina and S Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Boru Kəmərləri və Metal Konstruksiyalar üzrə Mühəndis (Piping and Steel Structure Engineer)
Amina and S Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Mexanika Mühəndisi (Sənaye Layihələri)
Amina and S Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Xərclərə nəzarət üzrə mühəndis
Az-Caspian Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Mühəndis
Az-Caspian Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et