B

Baku Holiday Travel

Son tarix: 22 İyun 2026

Kiçik Hüquqşünas / Hüquqşünas

HüquqBakıTam Ştat22 May 202676

Müsahibə əsasında

Vakansiya haqqında

Baku Holiday Travel komandası Kiçik Hüquqşünas / Hüquqşünas vakansiyası elan edir.

Əgər hüquq sahəsində bilikləriniz, analitik düşüncə və sənədlərlə işləmə bacarıqlarınız varsa, sizi hüquqi proseslərin idarə olunması istiqamətində komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Cəmiyyətin hüquqi maraqlarının qorunmasının təmin edilməsi
  • Müqavilələr, siyasətlər, prosedurlar və digər sənədlər üzrə hüquqi ekspertizanın aparılması
  • Satış və təchizat müqavilələrinin hüquqi baxımdan yoxlanılması və rəy verilməsi
  • Struktur bölmələrə hüquqi məsləhət və hüquqi dəstəyin göstərilməsi
  • Qanunvericilikdəki dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə məlumatlandırmanın aparılması
  • Dövlət qurumları, məhkəmələr və digər təşkilatlar qarşısında şirkətin maraqlarının təmsil olunması
  • İddia ərizələri, şikayətlər, etirazlar, vəsatətlər və digər hüquqi sənədlərin hazırlanması
  • Məhkəmə qərarlarının icrası və icra qurumları ilə işin aparılması
  • Hüquqi sorğuların cavablandırılması və şirkətin fəaliyyət istiqamətləri üzrə hüquqi dəstəyin göstərilməsi
  • Rəsmi yazışmalar və hüquqi proseslər barədə rəhbərliyin mütəmadi məlumatlandırılması
  • Şirkətdaxili qayda, prosedur və məxfilik tələblərinə riayət olunması
  • Verilmiş tapşırıqların vaxtında, dəqiq və keyfiyyətli icra edilməsi
  • Əməyin mühafizəsi, təhlükəsizlik və korporativ davranış qaydalarına riayət olunması

Tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil
  • Mülki, inzibati, cinayət, əmək və turizm qanunvericiliyi üzrə biliklərə malik olmaq
  • Turizm sahəsi üzrə normativ hüquqi aktlarla işləmə bacarığı
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, rus və ya ingilis dili üzrə minimum B2 səviyyəsi
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Analitik düşünmə, sənədlərlə işləmə və problem həll etmə bacarıqları
  • Güclü ünsiyyət, təqdimat və komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və dəyişikliklərə açıq olmaq
  • Korporativ etik davranış qaydalarına riayət etmək
  • Yeni bilik və texnoloji yenilikləri öyrənərək iş prosesində tətbiq etmək
  • Vəzifə öhdəliklərinin icrasında diqqətli və nəticəyönümlü olmaq

İş şəraiti

  • İş qrafiki: Tam iş günü
  • Rəqabətli əmək haqqı
  • Peşəkar və dinamik iş mühiti
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanları
  • Beynəlxalq turizm sektorunda təcrübə qazanmaq imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar