MilliSec MMC
Kiçik Satış Mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
MilliSec MMC - Bakı şəhəri, Akademik Lətif İmanov 35
Tam ştat (Full-time)
Haqqımızda
MilliSec MMC Azərbaycanda kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən tədris və konsaltinq şirkətidir. Şirkətimiz fərdlərin və təşkilatların kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə peşəkar təlimlər, konsultasiya və texniki xidmətlər təqdim edir.
Məqsədimiz ölkədə və regionda yüksək ixtisaslı İT və kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına töhfə vermək, innovativ yanaşmalar və praktik təcrübə əsasında keyfiyyətli xidmət göstərməkdir.
Vəzifə öhdəlikləri
- Sosial media platformaları (Instagram, TikTok, LinkedIn, Facebook və s.) və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması
- Potensial müştərilərlə telefon danışıqlarının aparılması
- Təlim proqramları barədə ətraflı və düzgün məlumatın təqdim edilməsi
- Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin təklif olunması
- CRM sistemində məlumatların düzgün və tam şəkildə qeydiyyatının aparılması
- Satış prosesinin izlənilməsi və qeydiyyatların tamamlanması
- Ofisə müraciət edən potensial tələbələrin qarşılanması və məlumatlandırılması
- Gündəlik fəaliyyət və satış hesabatlarının hazırlanması
Tələblər
- Ali təhsilin son kurs tələbəsi və ya yeni məzun
- Satış, müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 6 ay təcrübə arzuolunandır
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Telefon danışığı və təqdimat bacarıqları
- MS Word və MS Excel proqramlarında işləmək bacarığı
- CRM sistemləri ilə işləmək bacarığı üstünlük hesab olunur
- Nəticəyönümlü, məsuliyyətli və komanda ilə işləmə bacarığı
- İT və kibertəhlükəsizlik sahəsinə maraq üstünlükdür
Təklif edirik
- 500 AZN başlanğıc əməkhaqqı və hər qazanılan müştəridən bonus
- Performansa əsaslanan bonus sistemi
- Karyera inkişafı və peşəkar yüksəliş imkanları
- Kibertəhlükəsizlik və İT sahəsində bilik və təcrübə qazanmaq imkanı
- Peşəkar və inkişaf yönümlü iş mühiti
CV-lərinizi mövzu hissəsində "Junior Sales Specialist" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
Satış operatoru
herbalaz • Bakı
Satış məsləhətçisi (Masallı filialı)
Olivia Beauty & Care • Masallı
Satış məsləhətçisi (Gəncə filialı)
Olivia Beauty & Care • Gəncə
Marketing Account Manager
Bloom Group • Bakı
Satış təmsilçisi
Səhərsu • Bakı
Marketinq üzrə təcrübəçi
189 Taxi • Bakı