V

Veysəloğlu MMC

Son tarix: 21 Avqust 2026

Kimyaçı Mühəndis

Səhiyyə və TibbBakıTam Ştat21 İyul 202654

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriyada mövcud cihaz və avadanlıqlardan istifadə etməklə AZS, QOST, ISO və digər beynəlxalq standartlara uyğun fiziki-kimyəvi analizlərin aparılması;
  • Laboratoriya cihaz və avadanlıqlarının gündəlik nəzarətinin, texniki baxışının və istismarının təmin edilməsi;
  • Analiz nəticələrinin düzgün sənədləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
  • Reaktivlərin, məhlulların və standart nümunələrin təsdiq edilmiş prosedurlara uyğun hazırlanması;
  • Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Analiz metodlarının təkmilləşdirilməsi, validasiya, verifikasiya və keyfiyyət təminatı proseslərində iştirak;
  • Reaktivlərin, sərf materiallarının və laboratoriya ləvazimatlarının uçotunun aparılması, ehtiyatlara nəzarət və sifarişlərin təşkili;
  • Aşkar edilmiş uyğunsuzluq və nasazlıqlar barədə rəhbərliyin məlumatlandırılması və onların aradan qaldırılması prosesində iştirak;
  • Laboratoriya fəaliyyətinin ISO/IEC 17025 standartı və daxili prosedurların tələblərinə uyğun həyata keçirilməsi.

Vəzifə tələbləri:

Təhsil:

  • Kimya, biologiya və ya qida mühəndisliyi üzrə ali təhsil.

Təcrübə:

  • Ən azı 1 il laboratoriya və ya sınaq fəaliyyəti üzrə təcrübə (arzuolunandır).

Dil bilikləri:

  • Azərbaycan dili – əla səviyyədə;
  • İngilis və rus dilləri – arzuolunandır.

Kompüter bilikləri:

  • MS Office, Outlook proqramlarından sərbəst istifadə bacarığı.

Texniki və normativ biliklər:

  • Laboratoriya avadanlıqları və cihazlarının texniki iş prinsipləri və qulluğu üzrə bilik;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməli;
  • ISO/IEC 17025 və digər texniki normativ sənədlərlə bağlı məlumatlı olmalı;
  • Ölçmə və analiz metodikaları, dövlət standartları ilə işləmək bacarığı;
  • Analitik düşüncə və çevik qərarvermə bacarığı;

Sertifikatlar:

  • ISO/IEC 17025 üzrə təlim və ya sertifikat (arzuolunandır).

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar