V
Veysəloğlu MMC
Kimyaçı Mühəndis - Veysəloğlu MMC (Bakı, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
"Veysəloğlu" MMC Mərkəzi Sınaq Laboratoriyası Şöbəsinə, "Kimyaçı Mühəndis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Laboratoriyada yerləşən avadanlıqların iş təlimatlarına uyğun olaraq analizlər aparmalıdır;
- AZS, QOST, İSO, Avropa və digər başqa beynəlxalq standartlara uyğun analizlər aparmalıdır;
- Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) yoxlamasını etməlidir;
- Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirməlidir;
- Periodik olaraq (ay, rüb, il ərzində) fiziki-kimyəvi laboratoriyanın hesabatını hazırlamalı, rəhbərliyə təqdim etməlidir;
- Etdiyi analizlərin nəticələrinin qeydlərini aparmaq, analiz nəticələrini üst rəhbərliyinə vaxtında çatdırmalıdır;
- Laboratoriyada istifadə edilən məhlulları, qarışıqları hazırlamalıdır;
- İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamalıdır;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməlidir;
- Analiz metodları üzərində işləməklə daha müasir, sərfəli və tez cavab verən metodların istifadəsini təklif etməlidir;
- Laboratoriyada validasiya-verifikasiya analizlərinin aparılmasında iştirak etmək.
- Fiziki-kimyəvi laboratoriyanın ləvazimat və reaktiv sərfiyyatını nəzarətdə saxlamalı, vaxtında sifariş edilməsini təmin etməlidir;
- Fiziki-kimyəvi laboratoriyalar arasında qarşılıqlı-müqayisəli analizlərin aparılmasında iştirak etməlidir.
Tələblər:
- Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsilə malik olmalıdır;
- Ən azı 2 il təcrübə arzuolunandır;
- Azərbaycan dili (əla), İngilis və Rus dili arzuolunandır;
- MS Office, Outlook, Teams proqramlarından istifadə edə bilməlidir;
- İxtisası haqqında ümumi müddəaları bilməlidir;
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməlidir;
- İSO 17025 standartının tələblərinə uyğun qeydiyyatların aparılması, hesabatların hazırlanması; statistik hesabatların tutulması qaydalarını bilməlidir;
- Şirkətin korporativ prosedur, təlimat, qayda və əsasnamələrini bilməlidir;
- Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar almağı bacarmalıdır;
- İş təhlükəsizliyi, işçi sağlamlığı, sanitariya ve ekologiyanın mühafizəsi tədbirlərini bilməlidir;
- Laboratoriyada işləməyə mane olan xroniki xəstəliyi olmamalıdır;
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
- Əməkhaqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
B
Bugün
Tibbi Nümayəndə
BioHerbal Baku MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
U
Bugün
Laborant
Unimetal • Abşeron
Tam Ştat
800 ₼Müraciət et
E
Bugün
Tibbi nümayəndə
Eva Pharm • Bakı
Tam Ştat
800 ₼Müraciət et
O
Bugün
Həkim Optometrist
Optic Gallery • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
O
Bugün
Optik-konsultant
Optic Gallery • Bakı
Tam Ştat
700 ₼Müraciət et
O
Bugün
Tibbi nümayəndə
Orzax • Bakı
Tam Ştat
800 ₼Müraciət et