R

Respublika Diaqnostika Mərkəzi

Son tarix: 29 Avqust 2026

Kimyaterapiya üzrə tibb bacısı

Səhiyyə və TibbBakıTam Ştat30 İyul 202685

Müsahibə əsasında

Vakansiya haqqında

Müasir və inkişaf edən klinikamızın Onkologiya şöbəsinə Kimyaterapiya üzrə tibb bacısı vəzifəsinə işçi axtarılır.

Vəzifə öhdəlikləri:

  • Həkim təyinatına əsasən kimyaterapiya preparatlarının tətbiqində iştirak etmək;
  • Pasiyentlərin kimyaterapiya öncəsi, zamanı və sonrasında vəziyyətini izləmək;
  • Venoz girişlərin (periferik kateter, port və s.) idarə olunmasında həkimə dəstək göstərmək;
  • Təhlükəsizlik qaydalarına uyğun olaraq sitotoksik preparatlarla işləmək;
  • Tibbi sənədləşməni düzgün və vaxtında aparmaq;
  • Pasiyent və yaxınlarını prosedur barədə məlumatlandırmaq.

Tələblər:

  • Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili;
  • Aktiv tibb bacısı sertifikatı;
  • Kimyaterapiya və ya onkologiya sahəsində iş təcrübəsinə üstünlük verilir;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
  • Pasiyent yönümlü və etik davranış prinsiplərinə riayət etmək.

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Müasir avadanlıq və komfortlu iş mühiti;
  • Stabil və perspektivli iş yeri.

İş şəraiti:

  • İş qrafiki – həftədə 6 iş günü
  • İş saatları – qrafikə əsasən
  • Əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında təyin ediləcəkdir
  • Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə 

Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar