
AT - Geotech MMC
Kimyəvi sınaqlar üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Kimyəvi sınaqlar üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə öhdəlikləri
- Qrunt və yeraltı su nümunələrinin kimyəvi analizlərinin aparılması;
- Laboratoriya şəraitində kimyəvi sınaqların müvafiq metodika və standartlara uyğun həyata keçirilməsi;
- Su və qrunt nümunələrində pH göstəricisinin təyin edilməsi;
- Sulfat, xlorid, bikarbonat ionlarının və ümumi sərtliyin müəyyən edilməsi;
- Kalsium, maqnezium, natrium, kalium, dəmir və manqan elementlərinin təyini;
- Ammonium, nitrat və nitrit göstəricilərinin müəyyən edilməsi;
- Suda elektrik keçiriciliyi (EC), ümumi həll olmuş duzlar (TDS), ümumi mineralizasiya və qalıq quru maddənin təyin edilməsi;
- Suyun kimyəvi tərkibinin, ümumi turşuluğunun və aqressivlik göstəricilərinin müəyyən edilməsi;
- Zərurət olduqda suda üzvi maddələrin və COD göstəricisinin təyin edilməsi;
- Laboratoriya avadanlıqlarının düzgün istismarının və ölçmə cihazlarının kalibrlənməsinin təmin edilməsi;
- Kimyəvi reagentlərin hazırlanması, saxlanılması və istifadəsinə nəzarət edilməsi;
- Sınaq nəticələrinin qeydiyyatının aparılması, hesablanması və laboratoriya hesabatlarının hazırlanması;
- Laboratoriya işlərində keyfiyyətə nəzarət və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədə tələblər
- Kimya, analitik kimya, kimya mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
- Laboratoriya şəraitində kimyəvi analizlərin aparılması üzrə iş təcrübəsi arzuolunandır;
- Su və qrunt nümunələrinin kimyəvi analiz metodları barədə biliklər;
- GOST, ASTM, ISO və BS standartlarından ən azı biri üzrə bilik və praktiki iş təcrübəsi;
- Laboratoriya avadanlıqları, analitik ölçmə cihazları və kimyəvi reagentlərlə işləmək bacarığı;
- Analiz nəticələrinin hesablanması, sənədləşdirilməsi və hesabatların hazırlanması bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Üstünlük hesab olunur
- Geoloji, geotexniki laboratoriyada iş təcrübəsi;
- Su və qrunt nümunələrinin kimyəvi analizləri üzrə praktiki təcrübə;
- Laboratoriya keyfiyyət idarəetmə sistemi barədə biliklər.
Əmək şəraiti:
- İş yeri: Xırdalan
- İş rejimi: 09:00-18:00 (5 günlük)
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Santexnik
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Insulator
IRES
BakıTam Ştat
Müsahibə əsasındaDünən
SƏTƏM üzrə mütəxəssis
Azerbaijan Poultry Company
BakıTam Ştat
988 ₼Dünən
Baş energetik
STP Global Cable
SumqayıtTam Ştat
Müsahibə əsasındaDünən

PUA operatoru
AT - Geotech MMC
BakıTam Ştat
900 ₼Dünən

16 tonluq mobil kran operatoru (XCMG 16)
Core Construction
BakıTam Ştat
Müsahibə əsasındaDünən
