G

Giltex

Son tarix: 13 Sentyabr 2026

Kommersiya üzrə Baş Direktor

Marketinq və SatışSumqayıtTəcrübə13 Avqust 202688

Müsahibə əsasında

Vakansiya haqqında

Kommersiya üzrə Baş Direktor

Vəzifənin qısa təsviri:

  • CCO gəlir artımı, mənfəətlilik, müştəri portfelinin inkişafı, qiymət intizamı və bazarın genişləndirilməsi üzrə tam məsuliyyət daşıyır. Vəzifə kommersiya strategiyasını müəyyən edir və icra edir, daxili və ixrac kanalları üzrə B2B satışlara rəhbərlik edir, aydın KPI-lar və hesabatlılıq əsasında intizamlı, yüksək nəticəyönümlü kommersiya təşkilatı qurur.
  • Biz mövcud satışları idarə etməkdən artığını bacaran kommersiya lideri axtarırıq — bazar quran, strateji müştərilər qazanan, marjanı qoruyan və GiLTEX üçün dayanıqlı, mənfəətli artım yaradan lider.

Əsas vəzifə öhdəlikləri:

Kommersiya strategiyası və bazarın genişləndirilməsi

  • GILTEX-in kommersiya və bazara çıxış (go-to-market) strategiyasını daxili və ixrac bazarları üzrə hazırlamaq və icra etmək
  • Əsas diqqəti MDB regionuna yönəltməklə yeni bazarları, satış kanallarını və müştəri seqmentlərini müəyyən etmək və mənimsəmək
  • Bazar tələbini və rəqabət mühiti üzrə məlumatları etibarlı satış proqnozlarına və kommersiya planlarına çevirmək

Gəlir və mənfəətlilik

  • Gəlir, ümumi marja və mənfəətlilik hədəflərinə nail olmaq
  • Satış prosesində qiymətqoyma, endirim və kommersiya şərtləri üzrə vahid intizam qurmaq və onun tətbiqinə nəzarət etmək
  • Müştəri və məhsul səviyyəsində marja təhlilinə əsaslanaraq məhsul və müştəri strukturunu mənfəətlilik baxımından təkmilləşdirmək

Satış və müştəri portfeli

  • Daxili və ixrac bazarları üzrə B2B satışlara rəhbərlik etmək
  • Yeni müştərilər cəlb etmək və strateji müştəriləri inkişaf etdirmək
  • Aydın konversiya hədəfləri və CRM intizamı ilə güclü satış pipeline-ı formalaşdırmaq və idarə etmək
  • Açar müştərilərin idarə edilməsini (key-account management) və müştərilərin əldə saxlanmasını gücləndirmək

Funksiyalararası koordinasiya

  • Kommersiya öhdəliklərinin istehsal gücü, maya dəyəri və keyfiyyətlə uzlaşdırılması üçün İstehsalat, Maliyyə, Təchizat Zənciri, Marketinq və Keyfiyyət funksiyaları ilə sıx koordinasiya qurmaq
  • Müqavilə və ödəniş şərtlərinin marja, risk və dövriyyə kapitalına təsirini nəzərə almasını təmin etmək

Təşkilatlanma və performans

  • Aydın KPI-lar, hədəflər və hesabatlılıq əsasında yüksək nəticəyönümlü kommersiya təşkilatı qurmaq
  • Kommersiya komandasına rəhbərlik etmək, inkişafını təmin etmək və performansı ölçülə bilən hədəflər üzrə idarə etmək
  • Kommersiya idarəetmə (governance), hesabatlılıq və nəzarət intizamını formalaşdırmaq

Namizədə dair tələblər:

  • Yüksək səviyyəli kommersiya rəhbərliyi təcrübəsi (CCO / Kommersiya Direktoru / Satış Direktoru səviyyəsində); tekstil, istehsal, FMCG, tikinti materialları və ya digər B2B sənaye sahələri üzrə təcrübəyə üstünlük verilir
  • Ən azı 10 il kommersiya sahəsində iş təcrübəsi, o cümlədən ən azı 5 il yüksək rəhbər vəzifədə
  • Mənfəətli satış artımına nail olmuş, sübut olunmuş nəticələr
  • İxrac satışları və beynəlxalq biznesin inkişafı sahəsində güclü təcrübə; MDB bazarları üzrə təcrübə üstünlükdür
  • İri B2B müştərilərini cəlb etmək və inkişaf etdirmək bacarığı
  • P&L, marja, maya dəyəri və kommersiya qərarlarının dövriyyə kapitalına təsiri barədə dərin anlayış
  • Praktiki (hands-on), nəticəyönümlü liderlik tərzi
  • Biznesin idarə edilməsi, İqtisadiyyat, Mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil; MBA üstünlükdür
  • İngilis, Azərbaycan və rus dillərini sərbəst bilmək; türk dili üstünlükdür.

Tələb olunan bacarıqlar:

Kommersiya

  • Güclü kommersiya və biznes düşüncəsi
  • Strateji satış liderliyi və icra bacarığı
  • Yeni müştərilərin cəlb edilməsi və strateji müştərilərin inkişafı
  • Yüksək səviyyədə danışıqların aparılması və müqavilələrin idarə edilməsi

Maliyyə və analitika

  • Qiymətqoyma, marjanın idarə edilməsi və kommersiya mənfəətliliyi
  • P&L anlayışı və maliyyə savadlılığı
  • Müştəri və məhsul mənfəətliliyinin təhlili
  • Bazar təhlili və artım imkanlarının müəyyən edilməsi
  • Satış proqnozlaşdırması, pipeline idarəetməsi və CRM intizamı
  • Güclü analitik və məlumata əsaslanan qərarvermə bacarığı

Liderlik və idarəetmə

  • Funksiyalararası liderlik və maraqlı tərəflərin idarə edilməsi
  • Komandaya rəhbərlik, məşqçilik (coaching) və performansın idarə edilməsi
  • Yüksək məsuliyyət, hesabatlılıq, icra intizamı və idarəetmə mədəniyyəti
  • Əla ünsiyyət və təqdimat bacarıqları

İş şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2, Azərbaycan

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Chief Commercial Officer

Role Synopsis:

  • The CCO carries full ownership of revenue growth, profitability, customer portfolio development, pricing discipline and market expansion. The role defines and executes the commercial strategy, leads B2B sales across domestic and export channels, and builds a disciplined, high-performance commercial organization with clear KPIs and accountability.

We are looking for a commercial leader who can do more than manage existing sales — someone who can build markets, win strategic customers, protect margins, and create sustainable profitable growth for GILTEX.

Key Accountabilities:

Commercial Strategy & Market Expansion

  • Develop and execute GILTEX's commercial and go-to-market strategy across domestic and export markets
  • Identify and open new markets, channels and customer segments, with primary focus on the CIS region
  • Translate market demand and competitive intelligence into reliable sales forecasts and commercial plans

Revenue & Profitability

  • Deliver revenue, gross margin and profitability targets
  • Establish and enforce disciplined pricing, discounting and commercial terms across the sales organization
  • Improve product and customer mix on a profitability basis, supported by customer- and product-level margin analysis

Sales & Customer Portfolio

  • Lead B2B sales across domestic and export markets
  • Acquire new customers and develop strategic accounts
  • Build and manage a strong sales pipeline with clear conversion targets and CRM discipline
  • Strengthen key-account management and customer retention

Cross-Functional Alignment

  • Coordinate closely with Production, Finance, Supply Chain, Marketing and Quality to align commercial commitments with capacity, cost and quality
  • Ensure contract terms and payment conditions reflect margin, risk and working-capital implications

Organization & Performance

  • Build a high-performance commercial organization with clear KPIs, targets and accountability
  • Lead, coach and develop the commercial team, managing performance against measurable objectives
  • Establish commercial governance, reporting and review discipline

Desired background:

  • Senior commercial leadership experience (CCO / Commercial Director / Sales Director level), preferably in textile, manufacturing, FMCG, building materials or another B2B industrial environment
  • Minimum 10 years of commercial experience, including at least 5 years in a senior leadership role
  • Proven track record of delivering profitable sales growth
  • Strong experience in export sales and international business development, ideally across CIS markets
  • Demonstrated ability to acquire and grow major B2B accounts
  • Strong understanding of P&L, margins, costing and the working-capital implications of commercial decisions
  • Hands-on, performance-oriented leadership style
  • Higher education in Business, Economics, Engineering or a related field; MBA is an advantage
  • Fluent English, Azerbaijani and Russian; Turkish is an advantage

Required skills:

Commercial

  • Strong commercial and business acumen
  • Strategic sales leadership and execution
  • New customer acquisition and strategic account development
  • Advanced negotiation and contract management

Financial & Analytical

  • Pricing, margin management and commercial profitability
  • P&L understanding and financial literacy
  • Customer and product profitability analysis
  • Market analysis and identification of growth opportunities
  • Sales forecasting, pipeline management and CRM discipline
  • Strong analytical and data-driven decision-making

Leadership & Governance

  • Cross-functional leadership and stakeholder management
  • Team leadership, coaching and performance management
  • High level of ownership, accountability, execution discipline and governance
  • Excellent communication and presentation skills

Working conditions:

  • Location: 2 Sulh Str., Sumgait, Azerbaijan.

Candidates meeting the below-stated criteria are requested to send their resumes/CVs to the e-mail address in the Apply for job button.

Oxşar vakansiyalar