P

PASHA Bank

Son tarix: 27 Noyabr 2026

Komplayns və AML departamentinin Komplayns şöbəsinin Mütəxəssisi

HüquqBakıTam Ştat28 Oktyabr 202653

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Bankın məhsul və xidmətlərinin yerli qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin, beynəlxalq standartların və Bankdaxili siyasət və prosedurların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və müvafiq rəylərin verilməsi;
  • Tənzimləyici orqanlardan Banka daxil olan müraciət və tələblərin icrası üçün zəruri tədbirlərin görülməsi və icra prosesinin izlənilməsi;
  • Təchizatçıların komplayens baxımından qiymətləndirilməsi üçün zəruri sənədlərin toplanması, məlumatların təhlili və müvafiq yoxlama proseslərinin həyata keçirilməsi;
  • Qanunvericilikdə və tənzimləyici orqanların tələblərində baş verən dəyişikliklərin izlənilməsi, həmin dəyişikliklərin Bankın fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri tələblər barədə Bank əməkdaşlarının vaxtında məlumatlandırılmasının təmin edilməsi;
  • Bankdaxili proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi zamanı qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin və Bankdaxili normativ sənədlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə rəy və təkliflərin verilməsi;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, Maraqlar toqquşması və digər əlaqəli Komplayens üzrə Bankdaxili siyasət və prosedurların Bankda tətbiqinin təmin edilməsi;
  • Maraq toqquşması hallarının müəyyən edilməsi, müvafiq risklərin qiymətləndirilməsi və bu risklərin idarə edilməsi üzrə nəzarətin qurulması;
  • Bankdaxili proseslərin qanunvericiliyin, tənzimləyici orqanların tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq hesabatların hazırlanması;
  • Bankın struktur bölmələrinin fəaliyyətnin Komplayens tələblərinə uyğunluğunun davamlı monitorinqinin həyata keçirilməsi;
  • İş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların atılması;
  • Komplayens funksiyasının fəaliyyətinin təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Biznes mərkəzlərindən və digər aidiyyəti struktur bölmələrdən daxil olan Komplayens məsələləri üzrə sorğuların cavablandırılması və müvafiq dəstəyin göstərilməsi;
  • Komplayens məsələləri üzrə təlimlərin təşkili və keçirilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Tələblər

  • Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
  • Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması);
  • Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
  • Xarici dillər: İngilis (səlis), rus (işlək);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli yerli qanunvericilik, Mərkəzi Bankın normativ hüquqi aktları, Banklarda Korporativ İdarəetmə Standartları və digər aidiyyəti qanunvericilik və tələblər üzrə geniş biliklər.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Oxşar vakansiyalar