Vakansiya haqqında
Təsvir
- Şirkətin təsis sənədləri, daxili qaydaları və digər korporativ sənədlərinin hazırlanması, yenilənməsi, Hüquqi şəxsin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların idarəsi;
- Təşkilatın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi müqavilələrin reyestri və mütəmadi yenilənməsi;
- İdarə heyəti iclaslarının hüquqi təminatı, protokolların hazırlanması;
- Maliyyə bazarlarına nəzarət orqanları ilə münasibətlərin hüquqi idarəsi;
- AML/KYC, GDPR və yerli qanunvericiliyinə uyğunluğun təmin edilməsi;
- Fintech lisenziyalaşması, ödəniş sistemləri və elektron pul xidmətləri üzrə tənzimləmə məsələləri;
- Daxili compliance siyasəti və prosedurlarının işlənib hazırlanması;
- Təşkilatın fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Təşkilatın aidiyyəti əməkdaşlarının məlumatlandırılması;
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
- Hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması strategiyalarının hazırlanması;
- İnvestor, tərəfdaş və müştəri şikayətlərinin və sorğuların baxılması;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll edilməsi;
- Əmək mübahisələrinin həlli, intizam məsələlərinin hüquqi yolla idarəsi;
- Qanunvericiliyə edilən dəyişikliklərə operativ reaksiya, şirkətin mövqeyinin formalaşdırılması.
Tələblər
- Hüquq sahəsində bakalavr və/və ya magistr dərəcəsi (nüfuzlu ali məktəb)
- Beynəlxalq hüquq normaları üzrə biliklər;
- Azərbaycan Respublikasının Vəkillər kolleqiyasının üzvlüyü üstünlükdür;
- Hüquq sahəsində ən azı 6 il iş təcrübəsi;
- Bank və kredit təşkilatlarında ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, İnzibati prosessual, Əmək, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyinin, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktlarının hüquq əsaslarını dərindən bilmək;
- Fintech, ödəniş sistemləri, elektron bank xidmətləri sahəsindəki tənzimləmə bazasını bilmək;
- Beynəlxalq hüquq və ya maliyyə sertifikatları (CAMS, ICA Compliance) — arzu olunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Hüquqşünas
Azəriş LTD • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Bugün
Bağban (3 aylıq müddətli əmək müqaviləsi əsasında)
Facility Management Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Hüquqşünas
ALCO MMC • Bakı
Tam Ştat
1650 ₼Müraciət et
S
Bugün
Vəkil
Sərdar İsmayılov və Partnyorları Hüquq Şirkəti • Bakı
Tam Ştat
500 ₼Müraciət et
B
Dünən
Müqavilələr üzrə aparıcı mütəxəssis (Müqavilələrin idarəedilməsi bölməsi) / Senior Contracts Specialist (Contracts Management Department)
Bestcomp Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Hüquq şöbəsinin müdiri
Aqrar Tədarük və Təchizat • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et