H

Handex

Son tarix: 10 İyul 2026

Kontent Menecer

Marketinq və SatışBakıTam Ştat10 İyun 202640

Müsahibə əsasında

Vakansiya haqqında

Kontent Menecer axtarırıq!

Komandamıza kreativ düşüncəli, sosial media trendlərini izləyən, ideyaları kontentə çevirə bilən Kontent Menecer axtarırıq.

Əsas tələblər:

  • Sosial media platformaları üçün kontent ideyaları hazırlamaq bacarığı;
  • Instagram, TikTok, LinkedIn və digər platformalar üçün post, story, reels və video mətnləri yazmaq;
  • Kontent plan hazırlamaq və paylaşım prosesini izləmək;
  • Brendin üslubuna uyğun kreativ və düzgün mətnlər hazırlamaq;
  • Sosial media trendlərini araşdırmaq və onları brendə uyğunlaşdırmaq;
  • Süni intellekt alətlərindən kontent ideyası, mətn, ssenari və vizual yönləndirmə üçün istifadə etmək;
  • Dizayn komandası üçün aydın və düzgün brief hazırlamaq;
  • Azərbaycan dilində səlis, düzgün və yaradıcı yazı bacarığı;

Şəxsi keyfiyyətlər:

  • Kreativ düşüncə və yeniliklərə açıq olmaq;
  • Gülərüz və pozitiv ünsiyyət tərzinə sahib olmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək kommunikasiya qabiliyyəti;
  • Detallara diqqətli yanaşmaq;
  • Tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək;
  • İş prosesində çevik və təşəbbüskar olmaq;
  • Araşdırma etməyi və yeni ideyalar tapmağı sevmək.

Üstünlük hesab olunur:

  • Təhsil sektorunda kontent təcrübəsi;
  • Reklam mətnləri və satış yönümlü kontent yazmaq bacarığı;
  • Video ssenari və danışıq mətnləri hazırlamaq təcrübəsi;
  • Video çəkiliş və montaj bacarığı (CupCut, Premiere Pro);
  • Kamera qarşısında ideya vermək və çəkiliş prosesində iştirak təcrübəsi;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü, 5 gün;
  • İş saatları: 10:00–19:00;
  • İş yeri: Bakı, Nizami küç. 204, AF Business House.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar və pozitiv komanda mühiti;
  • Təyin edilmiş günlərdə online işləmə hüququ;
  • Şirkət tərəfindən verilmiş notbuk;
  • Təlim və inkişaf imkanları;
  • Kreativ ideyalarını reallaşdırmaq üçün dəstəkləyici mühit.

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar