A

ARNE Group MMC

Son tarix: 2 Noyabr 2026

Kontent menecer/ Kopirayter

Marketinq və SatışBakıTam Ştat2 Oktyabr 202642

1200 ₼

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətin layihələri üzrə hazırlanan mətnlərin yoxlanılması və redaktə edilməsi, onların dil, üslub və məna baxımından düzgünlüyünün təmin edilməsi;
  • Sosial media, reklam kampaniyaları, veb-sayt, təqdimatlar və digər kommunikasiya kanalları üçün mətnlərin hazırlanması;
  • Sosial media paylaşımları, Reels və digər video formatları üçün kontent ideyalarının və ssenarilərin hazırlanması;
  • Layihələrin kommunikasiya strategiyasına və brend üslubuna uyğun kontentin hazırlanmasının təmin edilməsi;
  • Kontent planının hazırlanması, plana uyğun materialların vaxtında paylaşılmasının təmin edilməsi;
  • Hazırlanmış kontent və ssenarilər əsasında foto və video çəkilişlərin planlaşdırılması və koordinasiyası;
  • Çəkilişlər üçün texniki tapşırıqların, ssenarilərin, kadr planlarının və digər zəruri materialların hazırlanması;
  • Fotoqraf, videoqraf, prodakşn komandası, modellər və digər çəkiliş iştirakçıları ilə işin koordinasiyası;
  • Çəkiliş zamanı materialların təsdiq edilmiş ssenariyə və kontent konsepsiyasına uyğunluğuna nəzarət edilməsi;
  • Çəkiliş nəticəsində əldə olunan foto və video materialların ilkin yoxlanılması, uyğun materialların seçilməsi və zəruri düzəlişlərin bildirilməsi;
  • Video materialların montajdan sonrakı versiyalarının mətn, kadr ardıcıllığı və ümumi kommunikasiya baxımından yoxlanılması;
  • Reklam materiallarında istifadə olunan başlıqların, sloqanların və digər mətnlərin hazırlanması və redaktə edilməsi;
  • Kontentin Azərbaycan dilində qrammatik, leksik və üslubi baxımdan düzgünlüyünün təmin edilməsi;
  • Bütün kommunikasiya materiallarında vahid brend dilinin və üslubunun qorunmasına nəzarət edilməsi;
  • Qrafik dizayner, rəqəmsal komanda, targetoloq və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləyərək kontentin vaxtında və müəyyən edilmiş standartlara uyğun hazırlanmasının təmin edilməsi;
  • Kontent və çəkilişlər üzrə müəyyən edilmiş son tarixlərə (deadline) nəzarətin təmin edilməsi və işlərin vaxtında tamamlanmasının təmin edilməsi.

İş şəraiti: 

  • Bakı şəhəri;
  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: 1200-1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, yüksək yazılı nitq və redaktə bacarığı;
  • Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı;
  • Sosial media platformaları və müasir kontent formatları haqqında bilik;
  • Komanda və podratçılarla effektiv kommunikasiya və koordinasiya bacarığı;
  • Eyni zamanda bir neçə layihə üzrə işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
  • Detallara diqqət və yüksək məsuliyyət.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kontent menecer/ Kopirayter” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiyalar