Müsahibə əsasında
Vakansiya haqqında
Supertoys MMC komandamıza Kontent Rəhbəri axtarırıq!
Marketinq fəaliyyətinin kreativ istiqamətini idarə edəcək, ideyaların hazırlanmasından onların reallaşdırılmasına qədər bütün proseslərə rəhbərlik edəcək, yaradıcı düşüncəyə və güclü idarəetmə bacarıqlarına malik mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması;
- Kontent və kreativ komandanın fəaliyyətinin koordinasiyası;
- Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və icrasına nəzarət;
- Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların hazırlanmasına rəhbərlik etmək;
- Sosial media və digər kommunikasiya kanalları üçün kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək;
- Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək;
- Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək;
- Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək;
- Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək;
- Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək;
- Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq.
Namizədə tələblər
- Marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi;
- Komanda idarəetməsi üzrə təcrübə;
- Kreativ düşüncə və fərqli ideyalar yaratmaq bacarığı;
- Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək;
- Foto və video istehsalı prosesləri haqqında anlayış;
- Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı;
- Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları;
- Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
İş şəraiti
- İş qrafiki: Tam iş günü
- 6 günlük iş rejimi
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir;
Mövzu hissəsində “Kontent Rəhbəri”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Satış Təmsilçisi
Embawood
BakıTam Ştat
500 ₼Dünən
C
International B2B Sales Manager
Capitals28
BakıTəcrübə
Müsahibə əsasındaDünən

Satış koordinatoru
Rəmzioğlu Paxlava
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Ehtiyat satış müvəkkili
Zeytun Pharmaceuticals
BakıTam Ştat
730 ₼Dünən
Satış nümayəndəsi (aptek kanalı)
Zeytun Pharmaceuticals
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Satış üzrə menecer
Fostanpak MMC
BakıTam Ştat
1000 ₼Dünən

