O
Oven Food Bakery
Kontrol üzrə Mütəxəssis (Unlu məmulat istehsalı)
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş saatı: 08:30 – 17:30
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək
- Servis xidməti: Koroğlu Metro Stansiyası istiqamətindən servis xidməti mövcuddur
Namizədə tələblər
- Qida mühəndisliyi, qida texnologiyası, çörəkçilik və ya əlaqəli sahə üzrə ali təhsil
- Unlu məmulatlar, peçenye, çörək, bulkalı və dondurulmuş xəmir məhsulları istehsalı üzrə minimum iş təcrübəsi
- Resepturaların hazırlanması, normativləşdirilməsi və texnoloji kartların işlənməsi bacarığı
- Xammal sərfi, resept üzrə çıxış norması və istehsal itkilərinin (fire/faiz) hesablanmasını bilmək
- Planlanan və faktiki istehsal göstəricilərinin müqayisəsi və uyğunsuzluqların analiz edilməsi bacarığı
- İstehsal miqdar uzlaşmaları (plan–fakt uyğunluğu), material balansı və məhsul çıxışı üzrə hesabatların aparılması bacarığı
- Texnoloji proses parametrlərinə (temperatur, rütubət, bişirmə müddəti, məhsul çəkisi, çıxış faizi və s.) nəzarət bacarığı
- Məhsul resepturalarında dəyişiklik zamanı texnoloji risklərin və maya dəyərinə təsirin qiymətləndirilməsi bacarığı
- İstehsal firelərinin səbəblərinin araşdırılması və azaldılması üzrə tədbirlər hazırlamaq bacarığı
- Keyfiyyət göstəricilərinin (struktur, tekstura, xırtıldılıq, nəmlik, görünüş və s.) istehsalat üzrə monitorinqini aparmaq
- Excel proqramında hesabat, formul və istehsal analizləri aparmaq bacarığı üstünlükdür
- GMP, sanitariya və qida təhlükəsizliyi prinsipləri barədə biliklər
- Xanım və bəy namizədlər müraciət edə bilər
- Zərurət yarandıqda gecə növbəsində istehsalat yoxlamalarında iştirak edə bilməli
Əsas vəzifələr
- Resepturaların texnoloji uyğunluğunu və istehsalda düzgün tətbiqini yoxlamaq
- Planlanan və reallaşan istehsal miqdarları üzrə gündəlik müqayisələr aparmaq
- İstehsal firelərini, çəki itkisini, çıxış faizlərini və məhsul sərfiyyatını analiz etmək
- İstehsal miqdar uzlaşmaları (plan–fakt uyğunluğu) üzrə hesabatlar hazırlamaq
- Texnoloji uyğunsuzluqlar və normadan kənarlaşmalar üzrə hesabat hazırlamaq
- İstehsal prosesində məhsul keyfiyyətinin stabilliyini təmin etmək
- Yeni məhsul və resepturaların sınaq istehsalında iştirak etmək
- Xammal sərfiyyatı və məhsul çıxış normativlərinə nəzarət etmək
- İstehsal prosesində texnoloji parametrlərə və resept üzrə uyğunluğa nəzarət etmək
- Məhsul keyfiyyətinə təsir edən uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə +994 50 256 01 03
Oxşar vakansiyalar
M
Bugün
CNC operatoru
METAK • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Qazanxana operatoru
Khazar University Dunya IB School • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
15 İyun 2026
Dolum Xətti üzrə Operator
ALCO MMC • Sumqayıt
Tam Ştat
1100 ₼Müraciət et
C
15 İyun 2026
Plyonka usta köməkçisi
Cars Plyonka • Bakı
Tam Ştat
400 ₼Müraciət et
N
13 İyun 2026
Metal lövhə bükmə operatoru (Valçovka maşını)
North West • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
12 İyun 2026
Razval-balans usta köməkçisi
SR Auto • Bakı
Tam Ştat
600 ₼Müraciət et