T

Tam Store

Son tarix: 23 Avqust 2026

Korporativ hüquqşünas

HüquqBakıTam Ştat23 İyul 202697

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
  • Müəssisənin fəaliyyəti ilə bağlı icarə, alqı-satqı və digər müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını və digər prosesləri təmin etmək; 
  • Müəssisənin departament, şöbə və bölmələrindən daxil olan hüquqi sorğuları cavablandırmaq, zəruri hallarda struktur bölmələrə hüquqi dəstək göstərmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Müqavilələrlə iş təcrübəsi (alqı-satqı, xidmət, icarə və s.);
  • Microsoft Office proqramlarında, xüsusilə Microsoft Word proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik;
  • Operativlik və detallara diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Korporativ hüquq sahəsində minimum 2 (iki) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis və rus dili bilikləri üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Korporativ hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar