P

Prior Leasing

Son tarix: 3 Dekabr 2026

Korporativ işlər üzrə aparıcı hüquqşünas

HüquqBakıTam Ştat3 Noyabr 2026142

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil(Hüquq);
  • Korporativ hüquq, müqavilə hüququ və ya maliyyə sektorunun hüquqi müşayiəti sahəsində minimum 3 il iş təcrübəsi;
  • Bank və lizinq şirkətlərində hüquqi iş təcrübəsi arzu olunandır;
  • Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Lizinq, kredit, xidmət, əməkdaşlıq və digər mülki-hüquqi müqavilələrin, əlavə sazişlərin və hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının aparılması;
  • Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərin araşdırılması, qanunvericiliyin tətbiqi üzrə əsaslandırılmış yazılı hüquqi rəylərin hazırlanması;
  • Müqavilə və əməliyyat modelləri üzrə hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üçün alternativ həll variantlarının təqdim edilməsi;
  • Lizinq fəaliyyəti, bank olmayan kredit təşkilatları və maliyyə sektoru ilə bağlı hüquqi məsələlərin təhlili;
  • Səhmdarların ümumi yığıncağının, idarəetmə orqanlarının qərarlarının, protokollarının və digər korporativ sənədlərin hazırlanması;
  • Nizamnamələrin, daxili qaydaların, prosedurların, əsasnamələrin və digər daxili normativ sənədlərin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Şirkətin struktur bölmələrindən daxil olan hüquqi sorğuların araşdırılması, hüquqi mövqenin və müvafiq tövsiyələrin formalaşdırılması;
  • Yeni məhsulların, biznes proseslərinin və əməkdaşlıq modellərinin hüquqi baxımdan qiymətləndirilməsi;
  • Korporativ dəyişikliklər, dövlət qeydiyyatı və digər hüquqi rəsmiləşdirmə proseslərinin hüquqi müşayiəti;
  • Dövlət orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər aidiyyəti qurumlarla hüquqi məsələlər üzrə yazışmaların və müraciətlərin hazırlanması;
  • Lizinq, bank və bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklərin izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin təhlili və zəruri tədbirlərlə bağlı təkliflərin hazırlanması;
  • Müqavilələrdə və digər hüquqi sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
  • Hüquqi tapşırıqların icra vəziyyətinin izlənilməsi və görülmüş işlər barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi;
  • Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər hüquqi tapşırıqların yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük;
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar