M

Metal Trade MMC

Son tarix: 7 Oktyabr 2026

Korporativ / Kommersiya hüquqşünası

HüquqBakıRemote7 Sentyabr 202645

Müsahibə əsasında

Vakansiya haqqında

•⁠  ⁠Metal Trade MMC şirkətin hüquqi işlərinin aparılması üçün təcrübəli korporativ / kommersiya hüquqşünası axtarır

•⁠  ⁠Vakansiya tam ştat üçün nəzərdə tutulmur. Əməkdaşlıq part-time, məsafədən və ehtiyac yarandıqda şirkətə gəlməklə həyata keçirilə bilər

•⁠  ⁠İş forması: Faktiki iş / görüləcək iş əsasında
•⁠  ⁠İş rejimi: Part-time / məsafədən / ehtiyac olduqda şirkətə gəlməklə
•⁠  ⁠Ödəniş: Görüləcək işin həcmi və mürəkkəbliyinə əsasən razılaşma yolu ilə

•⁠  ⁠Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62

Tələblər:

•⁠  ⁠Ali hüquq təhsili
•⁠  ⁠Korporativ və kommersiya hüququ üzrə praktik iş təcrübəsi
•⁠  ⁠Müqavilə hüququ üzrə güclü bilik və təcrübə
•⁠  ⁠Ticarət və/və ya istehsal müəssisələri ilə iş təcrübəsi arzuolunandır
•⁠  ⁠Mülki, əmək və sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyi praktik səviyyədə bilməsi
•⁠  ⁠Hüquqi riskləri analiz etmək və şirkətin maraqlarına uyğun həll yolları təqdim etmək bacarığı
•⁠  ⁠Məsuliyyətli, operativ və məxfilik prinsiplərinə riayət edən olması

 

Vəzifə öhdəlikləri:

•⁠  ⁠Alqı-satqı, təchizat, xidmət, podrat və digər müqavilələrin hazırlanması və hüquqi ekspertizası
•⁠  ⁠Şirkətin bağladığı müqavilələr üzrə hüquqi risklərin müəyyən edilməsi
•⁠  ⁠Müştəri və təchizatçılarla yaranan hüquqi məsələlərin həlli
•⁠  ⁠Debitor borcları, ödəniş öhdəlikləri və müqavilə pozuntuları üzrə hüquqi işlərin aparılması
•⁠  ⁠Əmək münasibətləri və əmək müqavilələri üzrə hüquqi dəstək
•⁠  ⁠Rəsmi məktub, pretenziya, tələb, cavab, ərizə və digər hüquqi sənədlərin hazırlanması
•⁠  ⁠Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması
•⁠  ⁠Şirkətin cari fəaliyyəti üzrə rəhbərliyə hüquqi rəy və məsləhətlərin verilməsi
•⁠  ⁠Zərurət yarandıqda məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının müdafiəsi

Oxşar vakansiyalar