P
PEAKPİN MMC
Korporativ müştərilərə xidmət üzrə mütəxəssis
700 ₼
Vakansiya haqqında
Şirkət haqqında:
PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Komandamıza istifadəçilərimiz və tərəfdaş məkanlarımızla peşəkar ünsiyyət quracaq, platformada keyfiyyət standartlarını qoruyacaq Müştəri dəstəyi və moderasiya mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
YALNIZ XANIM NAMİZƏDLƏR
- İstifadəçi və məkan müraciətlərini (tətbiqdaxili, e-poçt və telefon vasitəsilə) operativ, nəzakətli və dəqiq cavablandırmaq;
- Tətbiqə əlavə olunan məkan profillərini, kampaniyaları, tədbirləri, PinBox təkliflərini, foto və videoları daxili qaydalara uyğun yoxlamaq (moderasiya);
- İstifadəçi paylaşımları və şikayətlər üzrə qərar vermək, qayda pozuntularını aidiyyəti qaydada həll etmək;
- Texniki və xidmət xətalarını qeydə alıb aidiyyəti komandaya yönləndirmək, həll prosesini sona qədər izləmək;
- Xidmət keyfiyyətini və istifadəçi məmnuniyyətini yüksək səviyyədə saxlamaq.
Tələblər:
- Azərbaycan dilində səlis, aydın və savadlı nitq (şifahi və yazılı);
- Rus və ya ingilis dili bilikləri böyük üstünlükdür, türk dili də arzuolunandır;
- Yüksək ünsiyyət bacarığı: dinləmək, empatiya qurmaq, təmkinli olmaq, konfliktləri müsbət həll etmək;
- Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
- Dəqiqlik, məsuliyyət və detallara diqqət;
- Gülərüz, pozitiv və komandada işləməyə həvəsli olmaq;
- Müştəri xidmətləri, çağrı mərkəzi və ya moderasiya sahəsində təcrübə üstünlükdür.
Təminatlar və iş şəraiti:
- Rəsmi əmək müqaviləsi və sosial sığorta;
- Əməkhaqqı: 700 AZN; (Başlanğıc)
- Gənc və dinamik startap kollektivi, karyera inkişafı üçün real imkan;
- İş qrafiki: həftədə 40 saat — bazar ertəsi–cümə 09:00–17:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00, bazar günü istirahət;
- Ünvan: Bakı ş.
Oxşar vakansiyalar
M
Bugün
Qeydiyyatçı
Midtown Hotel Baku • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Korporativ müştəri xidməti üzrə təcrübəçi (Bərdə filialı)
Bank Respublika ASC • Bərdə
Təcrübə
Müsahibə əsasındaMüraciət et
V
Dünən
Telefon operatoru
videoreklam.az • Bakı
Yarım Ştat
300 ₼Müraciət et
C
Dünən
İnzibatçı (Reception)
Capitol Hotel • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Dünən
Çağrı mərkəzi şöbəsi - Operator
Azera Holding • Bakı
Tam Ştat
650 ₼Müraciət et
G
Dünən
Call Center Operatoru
GRASS MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et