"Caspian Energy Group" MMC
Korporativ satış meneceri
650 ₼
Vakansiya haqqında
İş şərtləri:
İş qrafiki: Həftə içi beş gün, 09:00 dan-18:00 dək saatlarında iş vaxtı.
Şənbə qısa iş günü saat 13:00. bazar günləri istirahət.
Əmək haqqı: Net əmək haqqı 650 AZN + bonus sistemi.
Tələblər:
Bilik: Bazar araşdırmaları haqqında biliklər
Texniki bacarıqlar: Microsoft Office proqramları ilə işləmə bacarığı
Şəxsi keyfiyyətlər: Məsuliyyətli, kollektivlə işləmə bacarığı, problem həll etmə və idarəetmə bacarığı, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətləri, yüksək təşəbbüskarlıq.
Vəzifə öhdəlikləri:
Yeni müştərilərin cəlb edilməsi: Şirkətin strateji hədəflərinə uyğun olaraq yeni müştərilərin cəlb edilməsi və onların uzunmüddətli müştəri bazasına çevrilməsi istiqamətində fəaliyyət göstərmək
Satış taktikalarının inkişafı: Hər bir xidmət kateqoriyası üzrə böyüməni təmin etmək məqsədilə səmərəli satış taktikalarının müəyyən edilməsi və uyğun fəaliyyət planlarının hazırlanaraq həyata keçirilməsi
Marka mesajının çatdırılması: Hədəf kütləyə marka mesajının düzgün kommunikasiya vasitələri ilə çatdırılmasını təmin etmək
Partnyorlarla iş: Partnyorlarla mütəmadi ünsiyyətin təmin edilməsi və onların məhsul seçimlərində dəstək göstərilməsi
Satış fəaliyyətinin monitorinqi: Satış fəaliyyətlərinin effektivliyini izləmək, aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Müştəri xidmətlərinin inkişafı: Müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirmək.
Yeni bazar imkanlarının axtarışı: Satış sahəsinin inkişafı üçün daim yeni imkanlar axtarmaq və müvafiq istiqamətlər barədə rəhbərliyi məlumatlandırmaq
Satış planının icrası: Satış planı və layihələrinin məhsuldarlığını izləmək və onları inkişaf etdirmək.
Oxşar vakansiyalar
Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis
PASHA Bank • Bakı
Satış üzrə Bölgə Müdiri
Mazarina Trade Company • Bakı
Satıcı
San Tortino • Bakı
Fərq müqavilələri üzrə marja ticarəti xidmətləri şöbəsinin mütəxəssisi
Unicapital • Bakı
Xarici satış üzrə kiçik mütəxəssis
Azertexnolayn • Sumqayıt
Housing Specialist
Avropa Azərbaycan Məktəbi • Bakı