İ
İnteko MMC
Korporativ Satiş Meneceri
600 ₼
Vakansiya haqqında
İş şəraiti
- İş hibrid xarakterlidir – həm ofisdə, həm də ofisdən kənarda fəaliyyət nəzərdə tutulur;
- İş saatları 10:00–17:00 aralığındadır;
- Ofisdə satış fəaliyyəti, müştərilərlə əlaqələrin idarə edilməsi və digər iş prosesləri həyata keçirilir;
- Ofisdən kənarda potensial və mövcud korporativ müştərilərlə görüşlər keçirilir və yeni müştərilərin cəlb edilməsi həyata keçirilir;
- Müştərilərlə keçiriləcək görüşlərin vaxtına və əvvəlcədən müəyyən edilmiş iş planına əsasən iş saatlarında dəyişikliklər edilə bilər;
- İş rejimi və fəaliyyət planı şirkətin daxili qaydalarına uyğun olaraq müəyyən edilir.
Əmək haqqı
- Sabit aylıq əmək haqqı: 600–700 AZN;
- Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;
- Bonus məbləği müəyyən edilmiş satış norması və faktiki satış nəticələrinə uyğun hesablanır;
- Satış göstəriciləri artdıqca əlavə gəlir əldə etmək imkanı mövcuddur.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər:
- Satış sahəsində ən azı 3 il iş təcrübəsi;
- B2B və korporativ satış təcrübəsi üstünlükdür;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Yeni müştərilərin cəlb edilməsi və satışın bağlanması bacarığı;
- Nəticəyönümlü, aktiv və məsuliyyətli olmaq;
- Azərbaycan dilində səlis danışıq, rus dili biliyi;
- Xanım və bəy namizədlər;
- Səliqəli xarici görünüş və işgüzar geyim tərzinə riayət etmək.
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin araşdırılması və müştəri bazasının genişləndirilməsi;
- Şirkətin maliyyə, idarəetmə və proqram təminatı sahəsində təqdim etdiyi peşəkar xidmətlərin korporativ müştərilərə tanıdılması və satışı;
- Potensial müştərilərlə telefon, e-mail, WhatsApp, LinkedIn və digər kommunikasiya kanalları vasitəsilə əlaqələrin qurulması;
- Müştərilərin biznes ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun həllərin təqdim edilməsi;
- Korporativ müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
- Müştərilərin ehtiyaclarına uyğun kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Satış danışıqlarının aparılması, müştəri suallarının və etirazlarının peşəkar şəkildə idarə edilməsi;
- Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər effektiv şəkildə idarə edilməsi;
- Mövcud müştərilərlə işgüzar münasibətlərin inkişaf etdirilməsi və əlavə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi;
- Satış nəticələrinin və müştəri məlumatlarının CRM sistemində vaxtında və düzgün qeydiyyatının aparılması;
- Müəyyən edilmiş satış hədəflərinin və KPI göstəricilərinin yerinə yetirilməsi;
- Bazarın və rəqiblərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi;
- Satış fəaliyyəti üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Oxşar vakansiyalar
K
Bugün
Satış məsləhətçisi (Göyçay)
Kontakt Home • Göyçay
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Kassir
MKONTAKT MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
L
Bugün
Mağaza meneceri
LPP Azerbaijan MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Ə
Bugün
Daşınmaz əmlak agentliyinə satış təmsilçisi
Əmlak Agentliyi • Bakı
Tam Ştat
800 ₼Müraciət et
P
Bugün
Marketinq mütəxəssisi
Positive Psychology Center • Bakı
Tam Ştat
—Müraciət et
P
Bugün
Satış mütəxəssisi
Positive Psychology Center • Bakı
Tam Ştat
—Müraciət et