C

CREA

Son tarix: 3 Oktyabr 2026

Korporativ Satiş Meneceri

Marketinq və SatışBakıTam Ştat3 Sentyabr 202622

1000

Vakansiya haqqında

CREA Business Solutions & Consulting
Restoran, otel və mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış və istehsalat ERP (Qurumsal Resursların Planlaşdırılması) sistemlərinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız komandamıza İT və HoReCa sahəsində ən azı 5 il iş təcrübəsi olan Satış Meneceri dəvət edir.ı
Biz — daim inkişaf edən və dinamik komandayıq. Müştərilərlə işləməyi, biznes proseslərini analiz etməyi və proqram təminatı həllərinin satışını həyata keçirməyi bacaran peşəkar mütəxəssis axtarırıq.

İş vaxtı: həftənin 6 günü
Bazar ertəsi – cümə: 10:00 dan–19:00 dək
Şənbə: 09:00 dan –13:00 dək
İstirahət günü: bazar
Nahar vaxtı: 13:00 dan –14:00 dək
Nəqliyyat və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır
Korporativ nömrə və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Tələblər:

Yaş: 25–35
Cins: kişi
İT və HoReCa sahəsində minimum 5 il təcrübə
İT və HoReCa sahəsində minimum 5 il iş təcrübəsi olan
Proqram təminatı və ERP sistemləri haqqında anlayışı olan
Restoran, otel və pərakəndə biznes proseslərini anlayan
Satış və müştəri münasibətlərinin idarə edilməsində təcrübəli
Güclü kommunikasiya və təqdimat bacarıqlarına malik
Aktiv, məsuliyyətli və nəticəyönümlü
Səfərləri olan iş rejiminə hazır
Avtomobilinin olması üstünlükdür

Vəzifə öhdəlikləri:

Müştəri obyektlərinə səfərlər etmək, görüşlər keçirmək və məhsul təqdimatları aparmaq
Restoran, otel, mağaza və digər bizneslərdə müştəri ehtiyaclarını müəyyənləşdirmək
ERP, POS və HoReCa proqram təminatlarının satış prosesini idarə etmək
Aktiv satış prosesini həyata keçirmək və müştərini bütün mərhələlərdə müşayiət etmək
Mövcud və potensial müştərilərlə uzunmüddətli işgüzar münasibətlər qurmaq
Fərdi kommersiya təklifləri hazırlamaq və danışıqlar aparmaq
Satış hədəflərinə nail olmaq və satış nəticələrini artırmaq
Komanda ilə koordinasiyalı işləmək

Oxşar vakansiyalar