İ

İnteko MMC

Son tarix: 10 Oktyabr 2026

Korporativ Satış Meneceri

Marketinq və SatışBakıTam Ştat10 Sentyabr 202643

1000

Vakansiya haqqında

 
İş şəraiti
 
  • Hibrid iş formatı – həm ofisdə, həm də ofisdən kənarda fəaliyyət;
  • İş saatları: 10:00–17:00;
  • İlkin adaptasiya və iş prosesinin öyrənilməsi ofisdə həyata keçirilir;
  • Potensial və mövcud korporativ müştərilərlə görüşlər keçirilir;
  • Müştəri görüşləri və iş planına uyğun olaraq bəzi günlərdə iş rejimində çeviklik mümkündür;
  • İş prosesi şirkətin daxili qaydaları və müəyyən edilmiş satış planına uyğun təşkil olunur.
 
Əmək haqqı və motivasiya
 
  • Aylıq əmək haqqı: 1000–1500 AZN;
  • Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;
  • Bonus məbləği satış nəticələrinə və müəyyən edilmiş hədəflərin icrasına uyğun hesablanır;
  • Yüksək satış nəticələri göstərən əməkdaş üçün əlavə gəlir əldə etmək imkanı;
  • Peşəkar inkişaf və şirkətin təqdim etdiyi müxtəlif xidmətlər üzrə biliklərin artırılması imkanı.
 
 
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər:

  • Satış sahəsində 1–3 il iş təcrübəsi;
  • B2B və korporativ satış təcrübəsinin olması üstünlükdür;
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Müştəri ilə düzgün münasibət qurmaq və ehtiyacı müəyyənləşdirmək bacarığı;
  • Satışı nəticəyə çatdırmaq və yeni müştərilər cəlb etmək istəyi;
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Azərbaycan dilində səlis danışıq; rus dili biliyi üstünlükdür;
  • Səliqəli xarici görünüş və işgüzar ünsiyyət mədəniyyəti;
  • Xanım və bəy namizədlər müraciət edə bilər.

Vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin araşdırılması və yeni müştərilərin cəlb edilməsi;
  • Şirkətin mühasibatlıq, maliyyə, HR, idarəetmə və proqram təminatı sahəsində təqdim etdiyi xidmətlərin korporativ müştərilərə tanıdılması və satışının həyata keçirilməsi;
  • Telefon, e-mail, WhatsApp, LinkedIn və digər kommunikasiya kanalları vasitəsilə potensial müştərilərlə əlaqələrin qurulması;
  • Müştərilərin biznes ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif edilməsi;
  • Korporativ müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
  • Müştərinin ehtiyacına uyğun kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Satış danışıqlarının aparılması və müştərilərin sual və etirazlarının düzgün şəkildə idarə olunması;
  • Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi;
  • Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və əlavə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi;
  • Müştəri məlumatlarının və satış nəticələrinin CRM sistemində qeydiyyatının aparılması;
  • Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;
  • Bazar və rəqib şirkətlərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi;
  • Satış fəaliyyəti ilə bağlı rəhbərliyə mütəmadi məlumat və hesabatların təqdim edilməsi.

Oxşar vakansiyalar