I

IDEART MMC

Son tarix: 26 Noyabr 2026

Korporativ satış meneceri (reklam istehsalı) - IDEART MMC

Marketinq və SatışBakıTam Ştat26 Oktyabr 202645

800 ₼

Vakansiya haqqında

Şirkət: İdeart

İş yeri: Bakı şəhəri

İş qrafiki: iş günləri 1 - 5 (10:00-dan- 17:00-dək)

Əməkhaqqı: [800 - 1000] AZN + satış nəticələrinə bağlı bonus

Şirkət haqqında

İdeart reklam konstruksiyaları, işıqlı lövhələr, həcmli hərflər, sərgi stendləri, vitrin və məkan brendinqi üzrə istehsal və montaj xidmətləri göstərir.

Korporativ müştəri portfelimizi genişləndirmək üçün aktiv satış bacarığı olan əməkdaş axtarırıq.

İş şəraiti və imkanlar

 

* Sabit əməkhaqqı və əvvəlcədən razılaşdırılmış bonus sistemi;

* Məhsullar və istehsal prosesi üzrə ilkin təlim;

* Dizayn, smeta və texniki məsələlərdə komanda dəstəyi;

* Korporativ layihələrdə iştirak və müştəri portfelini inkişaf etdirmək imkanı.

Bu vəzifədə əsas gözlənti aktiv şəkildə yeni müştərilər tapmaq və satış prosesini ilk əlaqədən sifarişə qədər idarə etməkdir.

 

Müraciət qaydası

 

CV-nizi [email protected] ünvanına göndərin. Məktubun mövzu hissəsində “Korporativ satış meneceri” qeyd edin.

Müraciətə əvvəlki işinizdə özünüz cəlb etdiyiniz bir müştəri və əldə etdiyiniz nəticə barədə qısa məlumat əlavə etməyiniz arzuolunandır. Məxfi müştəri məlumatlarını paylaşmaq tələb olunmur.

Tələblər:

* Korporativ satış sahəsində iş təcrübəsi;

* Yeni müştəri axtarışı və görüşlərin təşkili bacarığı;

* Təqdimat, danışıqlar və işgüzar yazışma bacarığı;

* Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət;

* Excel və ya Google Sheets ilə işləmək bacarığı;

* Planlı işləmək, razılaşdırılmış tarixlərə əməl etmək və nəticəni izləmək;

* Reklam istehsalı, mətbəə, qablaşdırma, tikinti materialları və ya interyer sahəsində satış təcrübəsi üstünlükdür;

* Rus və ya ingilis dili biliyi üstünlükdür.

Vəzifə öhdəlikləri:

* Potensial müştəriləri araşdırmaq və yeni korporativ əlaqələr yaratmaq;

* Telefon, e-poçt və peşəkar şəbəkələr vasitəsilə şirkətlərə çıxış etmək;

* Müştərilərlə görüşlər keçirmək, ehtiyaclarını, büdcəsini və icra müddətini dəqiqləşdirmək;

* Texniki məlumatları dizayn və istehsalat komandasına düzgün ötürmək;

* Komanda ilə birlikdə kommersiya təkliflərini hazırlamaq və müştəriyə təqdim etmək;

* Təkliflər üzrə geri dönüş almaq, danışıqlar aparmaq və sifarişi razılaşdırmaq;

* Mövcud müştərilərdən təkrar sifarişlərin alınması üçün işləmək;

* Müştəri məlumatlarını, danışıqları və növbəti addımları CRM-də və ya satış cədvəlində qeyd etmək;

* Razılaşdırılmış ödənişlərin izlənməsində mühasibatlıqla əməkdaşlıq etmək;

* Həftəlik satış fəaliyyəti və nəticələr barədə hesabat təqdim etmək.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Oxşar vakansiyalar