M

MG Transport

Son tarix: 22 Avqust 2026

Korporativ Satış Mütəxəssisi

Marketinq və SatışBakıTam Ştat22 İyul 202678

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifələr:

  • Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və idarə edilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun xidmətlərin təqdim edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Müqavilələrin hazırlanması və danışıqların aparılması;
  • Satış planının icrası və müntəzəm hesabatların hazırlanması;
  • Bazarın və rəqiblərin təhlilinin aparılması.

Tələblər:

  • Ali təhsil;
  • Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Logistika və ya nəqliyyat sahəsində satış təcrübəsinə malik namizədlərə üstünlük verilir;
  • Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili üstünlükdür);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • 5 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə 2

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində *"Korporativ Satış Mütəxəssisi"* qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar