Buta Park
Korporativ Satış Mütəxəssisi
800 ₼
Vakansiya haqqında
İş şəraiti:
* İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00;
* İş yeri: Buta Park MMC ;
* Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus;
* Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək;
* Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
* Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.
CV göndərərkən mövzu hissəsinə vakansiyanın adını qeyd edin zəhmət olmasa.
Əmək haqqı: Fix+bonus
Tələblər:
* Ali təhsil;
* Tikinti sektorunda korporativ satış üzrə minimum 2–3 il iş təcrübəsi;
* Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə;
* Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi;
* Tenderlər, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
* Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı;
* B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar;
* Aktiv korporativ müştəri bazasının olması üstünlükdür;
* Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
* Rus və ingilis dili biliyi üstünlükdür;
* Microsoft Office və CRM proqramlarında işləmək bacarığı;
* Təqdimat, ünsiyyət və inandırma bacarığı;
* Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
* Şəxsi avtomobilin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
* Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi;
* Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi;
* Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi;
* Developer, baş podratçı, subpodratçı, layihəçi, istehsal və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması;
* Müştərilərin ehtiyaclarının öyrənilməsi və uyğun kommersiya həllərinin hazırlanması;
* Obyektlərə baxışların və müştəri görüşlərinin təşkili;
* Texniki şöbə ilə birlikdə iş həcmlərinin müəyyənləşdirilməsi və qiymət təkliflərinin hazırlanması;
* Kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və müzakirələrin aparılması;
* Tenderlərin və satınalma elanlarının mütəmadi izlənilməsi;
* Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak;
* Texniki tapşırıqların, iş həcmlərinin və satınalma şərtlərinin təhlil edilməsi;
* Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
* Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
* Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
* Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi;
* Debitor borclarının və müştərilərdən ödənişlərin vaxtında daxil olmasının nəzarətdə saxlanılması;
* Mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və təkrar satışların artırılması;
* Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
* Satış nəticələri, potensial layihələr və müştəri görüşləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
* Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
* Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi.
Oxşar vakansiyalar
PR Menecer
Premium ACADEMY • Bakı
Mağaza satıcısı
penal məktəb və ofis ləvazimatları • Bakı
SMM / Satış Mütəxəssisi axtarılır!
Yelo Toys • Bakı
Satış məsləhətçisi (elektronika)
My Group Holding MMC • Bakı
Kassir (City Park Mall)
My Group Holding MMC • Bakı
SMM Təcrübəçisi
NextGen Consulting • Bakı