D

Dolu Store

Son tarix: 15 Oktyabr 2026

Korporativ satış mütəxəssisi

Marketinq və SatışBakıTam Ştat15 Sentyabr 202660

700

Vakansiya haqqında

İş şəraiti:

* İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi;

* Əməkhaqqı: 700 - 1500 ₼. Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə

əsasında müəyyən edilir. Sabit əmək haqq + satış nəticələrinə uyğun bonus;

* Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;

* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

* Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Tələblər:

B2B satış və müştəri münasibətlərinin idarə olunması üzrə praktiki bacarıqlar;

Satış danışıqları aparmaq və nəticəyə yönəlmək bacarığı;

Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı;

Dövlət satınalmaları və tender prosesi haqqında məlumatlı olmaq üstünlükdür;

Tender sənədlərini və texniki şərtləri oxumağa və təhlil etməyə maraq;

MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;

Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;

Rus və İngilis dili biliyi üstünlükdür;

Analitik düşüncə, təqdimat, inandırma, araşdırma aparmaq və məlumatları müqayisə etmək bacarığı;

Məsuliyyətli, təşəbbüskar, intizamlı və nəticəyönümlü olmaq;

Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı;

Şəxsi avtomobilin olması üstünlükdür.

Vəzifə öhdəlikləri:

  1. Yeni korporativ müştərilərin araşdırılması, cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
  2. Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və satış həcminin artırılması;
  3. Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
  4. Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul və həllərin təklif edilməsi;
  5. Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  6. Satış danışıqlarının aparılması və satış prosesinin sifarişin tamamlanmasına qədər idarə edilməsi;
  7. Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
  8. Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi;
  9. Çatdırılma xidməti üzrə işlərin təşkili və idarəedilməsi
  10. Dövlət satınalmaları üzrə elanların mütəmadi monitorinqi və şirkət üçün uyğun satınalmaların müəyyənləşdirilməsi;
  11. Tender sənədlərinin və texniki şərtlərin ilkin təhlilində iştirak;
  12. Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak;
  13. Tender imkanlarının satış potensialı baxımından qiymətləndirilməsi və rəhbərliyə təqdim edilməsi;
  14. Tender və satış fəaliyyəti üzrə məlumatların, müştəri bazasının və nəticələrin sistemli şəkildə aparılması;
  15. Gündəlik və həftəlik fəaliyyət və satış hesabatlarının hazırlanması;
  16. Mövcud bazarın, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
  17. Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi
  18. Şirkətin məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi

Oxşar vakansiyalar