1000 ₼
Vakansiya haqqında
Vakansiya: həkim-kosmetoloq
Paramed Laser Clinic — Bakıda lazer dermatologiyası və kosmetologiya sahəsində ən böyük mərkəzlərdən biri, həmçinin Alma Lasers-in Azərbaycandakı klinik mərkəzi olaraq komandasına həkim-kosmetoloqlar dəvət edir.
• Yüksək əməkhaqqı: sabit maaş + faiz (ayliq gəlir - 1000-2000 AZN civarinda)
• İş qrafiki: həftədə 5 gün, saat 10:00-dan 19:00-dək
CV-lərinizi bu email ünvanına göndərin: [email protected]
Tələblər:
• Ali tibbi təhsil
• İnyeksion və/və ya lazer kosmetologiyası üzrə kurs və təlimlər üstünlükdür
• Məsuliyyətlilik, səliqəlilik və inkişaf etmək istəyi
Vəzifə öhdəlikləri:
• Lazer epilyasiyası — Soprano ICE, Soprano Accord, Soprano Platinum, Soprano Titanium sistemləri ilə: qadın və kişilər üçün lazer epilyasiyası, müxtəlif dəri fototipləri, həssas zonalar və bədənin böyük nahiyələri ilə iş, prosedurun rahat və təhlükəsiz nəticə verməsi üçün fərdi parametrlərin seçilməsi.
• Lazer və aparat kosmetologiyası — Harmony XL Pro və Pixel CO2 texnologiyaları ilə: papilloma, ziyil və digər xoşxassəli dəri törəmələrinin aradan qaldırılması, piqment və damar ləkələrinin, postakne izlərinin, çapıq və şramların müalicəsi, lazer cavanlaşdırma, dərinin keyfiyyətinin, teksturasının, sıxlığının və tonusunun yaxşılaşdırılması.
• Bədən korreksiyası və sellülitin müalicəsi — Accent Prime / Accent UltraSpeed aparatları ilə: bədən konturlarının modelləşdirilməsi, sellülit əlamətlərinin azaldılması, dərinin tonusunun yaxşılaşdırılması, toxumaların elastikliyinin artırılması və lokal piy yığıntıları ilə iş.
• İnyeksion və estetik kosmetologiya: filler vasitəsilə kontur plastika, botulinoterapiya, mezoterapiya, biorevitalizasiya, dərinin nəmləndirilməsi, bərpası və cavanlaşdırılması üçün prosedurlar, yaş, dəri vəziyyəti və pasiyentin istəkləri nəzərə alınmaqla fərdi estetik protokolların seçilməsi.
Oxşar vakansiyalar
Laborant (növbəli)
AAC MMC • Bakı
Tibbi nümayəndə
Ti-Max MMC • Bakı
Təlimçi
INEX MEDİCAL • Bakı
Həkim
INEX MEDİCAL • Bakı
Tibbi nümayəndə
yurdum-2014 • Bakı
Həkim-kosmetoloq
INEX MEDİCAL • Bakı