
NAS Project BOKT ASC
Kredit mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifələr:
- Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Müştərilərə bankın kredit məhsulları barədə məlumat verilməsi;
- Qızıl girovlu və digər kredit növləri üzrə məhsulların satışının təmin edilməsi;
- Kredit müraciətlərinin qəbul edilməsi və təhlil edilməsi;
- Kredit portfelinin idarə edilməsi və ödənişlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
- Müştəri sorğularının operativ cavablandırılması və yüksək xidmət keyfiyyətinin təmin edilməsi;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icrası.
Namizədə dair tələblər:
- Ali iqtisadi təhsil;
- Kredit mütəxəssisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
- MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
- Kreditləşmə ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları).
- Komandada və müştərilərlə işləmək bacarıqları;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.
İş şəraiti:
- AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr. 47e (Armoni Residence)
- Həftə içi 5 iş günü, 09:00–18:00
- Əmək haqqı: razılaşma əsasında
Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Kredit Mütəxəssisi
ASEL Kredit
GöyçayTam Ştat
Müsahibə əsasındaDünən

Marja ticarəti üzrə risk menecer
Unicapital
BakıTam Ştat
Müsahibə əsasındaDünən
S
Mühasib
Sonar Pharma
BakıTam Ştat
Müsahibə əsasındaDünən
M
Mühasib köməkçisi
MEDAL MMC
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Hesablaşmalar şöbəsinin Ödənişlərin İcrası qrupunun Baş mütəxəssisi
PASHA Bank
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Mühasib-operator
Tahiroğlu İnşaat
BakıTam Ştat
700 ₼Dünən
