A
AZCD Group QSC
KT/KN (QA/QC) üzrə sənədlərə nəzarət mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
Struktur bölmə: Keyfiyyətin təminatı və keyfiyyətə nəzarət şöbəsi
Vəzifənin əsas məqsədi:
- Layihələr üzrə QA/QC sənədlərinin hazırlanmasını, qeydiyyatını, aidiyyəti şəxslərə göndərilməsini və icra statusunun izlənilməsini təmin etmək, həmçinin sahələrdə həyata keçirilən işlərin, yoxlamaların və sınaqların sənədləşdirilməsinə dəstək göstərmək.
Vəzifə öhdəlikləri:
- Podratçı şirkətlərdən gündəlik və həftəlik iş qrafiki məlumatlarının toplanması və təhlil üçün təqdim edilməsi;
- Layihə üzrə texniki sorğuların, RFI sənədlərinin və digər QA/QC yazışmalarının hazırlanması;
- Gün ərzində həyata keçiriləcək işlər üzrə yoxlama bildirişlərinin hazırlanması və aidiyyəti şəxslərə göndərilməsi;
- Sahədə görülmüş işlərin, aparılmış yoxlamaların və sınaqların aktlaşdırılmasının təmin edilməsi;
- Yoxlama və Sınaq Planları (ITP) üzrə icra vəziyyətinin qeydiyyatının aparılması;
- Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması və bağlanma statusunun izlənilməsi;
- Tikinti sahəsinə gətirilən materialların sertifikat, sınaq protokolu və digər müşayiətedici sənədlərinin yoxlanılması və təsdiqə hazırlanması;
- Təsdiqlənmiş material sənədlərinin və görülmüş işlərə aid keyfiyyət qeydlərinin sistemləşdirilməsi;
- İcra olunmuş işlərin son vəziyyətini əks etdirən sənədlərin (as-built sənədlərin) toplanması və arxivləşdirilməsi;
- QA/QC sənədlərinin elektron və kağız daşıyıcılarda düzgün qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;
- Sənədlərin təqdimetmə, baxılma, təsdiq və bağlanma statuslarının izlənilməsi;
- Həftəlik və aylıq sənəd statusu hesabatlarının hazırlanması.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi və ya digər texniki ixtisas üzrə təhsil üstünlükdür);
- Tikinti sahəsində sənədləşmə, QA/QC və ya Document Control üzrə minimum 2 il iş təcrübəsi;
- RFI, ITP, yoxlama bildirişləri, material təsdiq sənədləri, sınaq protokolları və uyğunsuzluq hesabatları barədə anlayış;
- MS Office, xüsusilə Word və Excel proqramlarında yaxşı işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və ya rus dilini bilməsi üstünlükdür;
- Texniki sənədlərlə diqqətli və sistemli işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- İş yeri: ofis və layihə sahələri;
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Bobcat operatoru
Aqroman • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Mingəçevir)
OBA marketlər şəbəkəsi • Mingəçevir
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Offshore Crane Operator
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
U
Dünən
İlməkçi
Uni Ko QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Dünən
Metal paketləyici / Qablaşdırıcı
Metal Trade MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et