Bilfa Boyaları
Laborant (boya istehsalatı üzrə) - Bilfa Boyaları (Bakı)
500 ₼
Vakansiya haqqında
Vakansiya: Laborant (Boya İstehsalatı Üzrə)
Şirkət Adı: BİLFA BOYALARI
Şəhər: Bakı, 28 May qəsəbəsi (Müşviqabad)
İş qrafiki: Həftə içi - 09:00-18:00, şənbə günü- qısa iş günü
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.
---
Müraciət Üsulu:
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsinə "Laborant (Boya fabriki)" yazaraq [email protected] ünvanına və ya 0502281940 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
Tələblər:
Cins: Xanim namizədlər.
Təhsil: Ali və ya orta ixtisas təhsili (Kimya, Kimya mühəndisliyi, Ekologiya və ya uyğun texniki sahələr üzrə).
Təcrübə: Müvafiq sahədə (boya, kimya sənayesi və ya laboratoriya) ən azı 1 il iş təcrübəsi.
Biliklər: Standart laboratoriya alətləri ilə işləmək bacarığı, MS Office proqramlarından sərbəst istifadə.
Şəxsi keyfiyyətlər: Dəqiq, məsuliyyətli, analitik təfəkkürə sahib, komandada işləmək bacarığı və öyrənməyə həvəsli.
Vəzifə öhdəlikləri:
* Xammalın, yarımfabrikatların və hazır boya məhsullarının keyfiyyətə nəzarət testlərini həyata keçirmək.
* Laboratoriya şəraitində fiziki-kimyəvi analizlər aparmaq (özlülük, sıxlıq, quru qalıq, rəng uyğunluğu və s.).
* İstehsal prosesində texnoloji rejimlərə əməl olunmasına nəzarət etmək.
* Yeni məhsul formulalarının hazırlanmasında və mövcud məhsulların təkmilləşdirilməsində mühəndisə dəstək olmaq.
* Aparılan testlərin nəticələrini qeydə almaq, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
* Laboratoriya avadanlıqlarının təmizliyinə, sazlığına və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Baytar həkim (Kürdəmir)
Azersun Holding
Tibbi Nümayəndə
BENEVA MMC
Həkim-stomatoloq
Stomkilinica
Tibbi nümayəndə
Salus Pharma
Tibbi nümayəndə
PASHA-K
Tibbi nümayəndə
Saf Pharma LLC
