H
Holcim
Laboratoriya üzrə Mütəxəssis - Holcim (Neftçala, 2026)
Müsahibə əsasında
Vakansiya haqqında
Şöbə: Hazır Beton Məhsulları və Doldurucuları
İş vaxtı: Tam
İş yeri: Neftçala rayonu
Əsas vəzifələr:
- Tikinti materiallarından (doldurucular, beton, kimyəvi əlavələr, sement və sair) standart nümunə alma prosedurlarına uyğun olaraq nümunələrin alınması
- AZS ISO/IEC 17025:2020 standartının 6.2.5 bəndinə əsasən, Holcim Hazır Beton keyfiyyət laboratoriyasında hər bir sınağin standartlara uyğun olaraq aparılması və öz imzası ilə təsdiq étməsinə səlahiyyətli olması va buna görə məsuliyyət daşıması
- Keyfiyyət planında təsvir olunan bütün sınaqların (Hazır Beton Qarışığında konus çökməsi və temperatur sınaqları, kimyəvi əlavələrin sınaqları, doldurucuların sınaqları və bərkimiş betonun sınaqları) dəqiq və vaxtında AZS, AASHTO, ASTM, DIN, EN, BS, GOST və digər standartların sınaq prosedurlarına uyğun olaraq həyata keçirilməsi
- Müşahidə edilən uyğunsuzluqlar barədə dərhal Xətt Rəhbərinə məlumat verilməsi
- Sahə və laboratoriya sınaq nəticələrinə uyğun protokolların hazırlanması
- Bütün sınaq nəticələrinin dəqiq və vaxtında qeydiyyata alınması
- İstifadə etdiyi avadanlıqların saz vəziyyətdə saxlanılması və nasazlıq yarananda dərhal Xətt Rəhbərinə məlumat verilməsi
- Görülən bütün işlərdə keyfiyyət təminatı müddəalarına əməl olunmasını təmin etmək
- Hazır Beton Qarışığının keyfiyyətinə cavabdehlik daşımaq
- Məhsulun keyfiyyəti ilə bağlı olan şikayətlərin həllində iştirak etmək
- Səlahiyyətli rəhbər tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmək
Bacarıq və Kvalifikasiyalar:
- Tikinti, İnşaat materialları və ya bənzər sahədə ali təhsil
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmək bacarığı
- İngilis dili biliyi arzuolunandır
Maraqlananlar CV –lərini, mövzu hissəsində mütləq HBM Laboratoriya üzrə Mütəxəssis yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və bütün namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
S
Dünən
Stomatoloq (Bakı və Sumqayıt)
SwissDent • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
14 Oktyabr 2026
Optikaçı
Optic Gallery • Bakı
Tam Ştat
700 ₼Müraciət et
M
13 Oktyabr 2026
Ortoped texnik köməkçisi
Medicom Ortez və Protez Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
13 Oktyabr 2026
Tibbi nümayəndə (Reprezant)
Sağlam Ailə MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
S
13 Oktyabr 2026
Tibbi satış təmsilçisi
Solomed Laboratory Polyclinic • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
L
13 Oktyabr 2026
Fizioterapist
Liv Bona Dea Hospital • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et