A

Aral Group Baku

Son tarix: 24 Sentyabr 2026

Layihə meneceri

İnzibati İşlərBakıTam Ştat24 Avqust 2026158

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam ştat
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00

Vəzifə öhdəlikləri:

  • Marketinq layihələrinin başlanğıcdan yekunadək tam koordinasiyası;
  • Foto və video çəkilişlərin, tədbirlərin, reklam materiallarının istehsalının və digər marketinq fəaliyyətlərinin təşkili;
  • Layihələr üzrə iş planlarının və icra qrafiklərinin hazırlanması, son tarixlərə nəzarət;
  • Podratçılar və şirkətin daxili komandası üçün texniki tapşırıqların və briflərin hazırlanması;
  • Layihədə iştirak edən daxili və xarici tərəflər arasında effektiv kommunikasiyanın təmin edilməsi;
  • İnfluenserlər, foto və video prodakşn şirkətləri, mətbəələr, dizaynerlər, digital agentliklər və tədbir təşkilatçıları daxil olmaqla yeni podratçıların araşdırılması və seçilməsi;
  • Podratçılarla ilkin danışıqların aparılması və kommersiya təkliflərinin toplanması;
  • Təkliflərin qiymət, keyfiyyət və icra müddəti üzrə müqayisə edilməsi;
  • Podratçı bazasının yaradılması, sistemləşdirilməsi və mütəmadi yenilənməsi;
  • Görülən işlərin keyfiyyətinə və təsdiq edilmiş texniki tapşırığa uyğunluğuna nəzarət;
  • Müqavilələrin, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər sənədlərin aidiyyəti şöbələrlə koordinasiyası;
  • Layihələrin statusu, büdcəsi və nəticələri üzrə mütəmadi hesabatların hazırlanması;
  • Yarana biləcək risklərin və gecikmələrin əvvəlcədən müəyyən edilməsi, operativ həllərin təklif olunması.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Marketinq, reklam, layihələrin idarə edilməsi və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
  • Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı;
  • Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarığı;
  • Podratçılarla danışıqlar aparmaq və iş prosesinə nəzarət etmək təcrübəsi;
  • Detallara diqqət və nəticəyönümlü yanaşma;
  • Yüksək kommunikasiya və komanda ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.

CV-lərinizi mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Oxşar vakansiyalar